Bu maraqlı kitab Qərb fəlsəfəsinin dahi mütəfəkkirlərinin dünya və bu dünyada necə yaşamalı olduğumuza dair əsas ideyalarını araşdırır.
Qırx qısa hissədə Naygel Uarburton bizi fəlsəfə tarixinin əsas ideyaları ilə xronoloji ardıcıllıqla tanış edir. O, azad düşünmək imkanından məhrum olmaq əvəzinə, zəhərlənib ölməyi seçən Sokratdan tutmuş, günümüzdə də qüvvədə olan qeyri-etik fəlsəfi suallar verən Piter Singerə qədər bütün filosoflar haqda maraqlı və qısa hekayələr təqdim edir.
Uarburton, sadəcə, fəlsəfəni əlçatan etməklə kifayətlənmir, həmçinin Sokrat ənənələrinə uyğun şəkildə düşünməyi, etiraz etməyi, əsaslandırmağı və nəticə çıxarmağı təklif edir. “Fəlsəfənin qısa tarixi” fəlsəfi dərketmə istiqamətində araşdırmalara geniş nəzər salır və hər kəsə müzakirəyə qatılmağı təklif edir.
Код товара:2000052007963
Жанр:
Fəlsəfə
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Nigel Warburton
Количество страниц:
224
язык:
Азербайджанский
Метка:
Ekspress
комментарии3
Bu kitab mənim üçün fəlsəfənin qısa tarixini dərinliklə anlamağımda ən yaxşı yol oldu. Warburtonun yazı üslubu çox aydın və anlaşıqlıdır.
Fəlsəfəyə yeni başlayanlar üçün çox yaxşı bir kitabdır
Fəlsəfə ilə bağlı dünyagörüşü artırmaq və ilkin biliklərə sahib olmaq üçün maraqlı, oxunaqlı və asan başa düşülən kitabdır. Bunu oxuduqdan sonra digər fəlsəfə kitablarına keçmək olar.
комментарии3