Meditasiya Mark Avrelinin eramızın II əsrinin 70-ci illərində Dunay ətrafındakı müharibə zamanı yunan dilində qələmə aldığı aforistik fikirlər toplusudur. Əsər antik dövrün axırlarında böyük şöhrətə malik olub, XVI əsrdə isə Avropa filosofları arasında yeni intibahını yaşayıb. Bu şəxsi qeydlər dünya duyumunda stoiklərin təliminə inadla sadiq qalmağa çalışan, bu görüşləri inkişaf etdirərək, insanda ruhun deyil, şüurun aparıcı rolunu etiraf edən imperatorun mahiyyətini açır. Mark Avreli şüuru Bütövün təbiətinə uyğunlaşdırmaqla ehtirassızlığa, soyuqqanlılığa nail olmağın mümkünlüyünə inanırdı.
Код товара:2000923377416
Жанр:
Fəlsəfə
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Mark Avreli
Количество страниц:
192
язык:
Азербайджанский
Серия:
Dünyanı dəyişən dahilər
Метка:
Bestseller, Ekspress
комментарии8
Onlany mağazadan kitab sifariş etmək mənim üçün ən yaxşı variantdır. Evdən çıxmadan istədiyim kitabları seçdim, sifarişimi verdim və qapıma qədər gətirdilər. Xüsusi endirim təkliflərdə olur tez-tez və birdə yeni çıxan kitablar barədə həmən məlumatım olur. Mənə görə onlayn mağazanın üstünlükləri budur!
Saytınızda fəlsəfə mövzusunda olan kitablara geniş yer ayırdığınıza görə minnətdaram sizə, Alinino! Mən çox oxuyuram fəlsəfi kitablar. Hər dəfə saytda axtarış verəndə müxtəlif dillərdə fəlsə kitabları çıxır önə.
Həqiqətən, sizin saytdan alış -veriş etməyi çox sevirəm. Hər zaman müştərilərinizi sevgi və hörmət ilə qarşılayırsınız. Təşəkkürlər. Kitabımı da götürmüşəm, səbrsizliklə oxuyacağımı gözləyirəm.
Çox, çox faydalı kitabdır. Bu kitabı oxuyan hər kəs özü üçün mütləq ki, lazımi məlumat əldə edəcək. Özünü inkişaf üçün məsləhətlidir. Dili sadə və anlaşıqlı olduğuna görə oxuyan zaman da əziyyət çəkmədim.
Mən günümün iki saatını sırf fəlsəfə oxumağa ayırıram. Hər ayda mağazanızdan yeni fəlsəfə kitabı sifariş verirəm. Zəngin bilgi sahibi olaq üçün fəlsəfə oxumaq vacibdir!
Oxumağa dəyər!
Kitabın ən gözəl tərəfi, müəllifin kompleks mövzuları sadə bir dildə izah etməsidir. Bu da, fəlsəfə oxumağa yeni başlayanlar üçün də anlaşılan olur.. Mənim üçün bu kitabı oxumaq faydalı oldu.
Dahilərdən oxumağın hər zaman faydası olub. Bu kitabıda bəyəndim.
комментарии8