Konfutsi Çinin qədim mütəfəkkiri və filosofudur. Konfutsisizm nəzəriyyəsi Çinin və Cənubi Asiyanın həyatına dərindən təsir göstərib. Konfutsi ilk universiteti yaradıb və müxtəlif knyazlıqlardakı salnamələri tərtib edib. Knyazların, məmurların, döyüşçülərin və kəndlilərin əxlaq qaydaları haqqında nəzəriyyəsi Çində geniş yayılıb. İyirmi yaşını keçəndən sonra ilk peşəkar pedaqoq kimi məşhurlaşıb. Konfutsisizmi tez-tez din adlandırsalar da, onda kilsə institutu yoxdur. Burada ilahiyyat məsələləri mühüm deyil. Konfutsi əxlaqı dini deyil. Konfutsiçiliyin idealı qədim nümunələr əsasında harmonik cəmiyyət yaratmaqdır. Konfutsiyə görə, “dövlət böyük ailə, ailə kiçik dövlətdir”. Hər ikisində hökmdar - ata, qalanlar - əsas borcu sədaqət və itaət olan övladlardır. Öz təlimində “xalqın etibarını qazanmayan hökumət ayaqda dayana bilməz” fikrini xüsusi vurğulayan filosof “qarşılıqlı anlaşma”, “ortaq yol” ideyasını müdafiə edir. Bu kitab Konfutsi və onun nəzəriyyəsi haqqında ən vacib bilgilər toplusudur.
Код товара:9789952383959
Жанр:
Fəlsəfə
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Pol Stretern
Количество страниц:
72
язык:
Азербайджанский
Серия:
90 dəqiqə
Метка:
Ekspress
комментарии1
Fəlsəfəyə dair kitabları oxumağı çox sevirəm.90 dəqiqə seriyası kitabları isə tam mənlikdir.Çünki haqqında oxumaq istədiyim şəxsiyyət barəsində lazımı qeydlər,həyatı və yaradıcılığı hamısı bir kitabda əks olunur.Konfutsi ilə 90 dəqiqədə onlardan biridir.Konfutsinin həyatı,bütün dünyaya səs salan təlimi,hamısı bir kitabda əks olunub.Sevərək və öyrənərək oxuyuram 👍📖👍
комментарии1