-Kilimçi Uşaq İncəsənət studiyası 2016-cı ilin may ayınının 2-dən fəaliyyət göstərir. Kilimçi bir çox beynalxalq sərgilərdə Azərbaycanın qədim təsviri incəsənəti sayılan xalçaçılıqla bərabər xalça məmulatlarınıda təlim və tədris edir. Daimi olaraq uşaq sığınacaqlarında, uşaq evlərində, reabilitasiya mərkəzlərində, daun sindromlu, autizm sindromlu uşaqlara təmənnasız dərslər, yarmarkalar və ustad dərsləri keçirir. Dərslər azərbaycan,rus və ingilis dillərində keçirilir.
PORTATIV TOXUMA DƏZGAHLARIN ÖZƏLLIKLƏRI: Bu dəzgahlar həm uşaq, həm də böyüklər üçün nəzərdə tutulub. Portativ olduğundan hər kəs istənilən məkanda QR-kodu oxutmaqla təlimi keçib öz xalçalarını toxuya bilərlər. İlkin lazımi materiallar dəstə daxildir.