04.07.19 tarixində "Əli və Nino"nun Fəvvarələr meydanında yerləşən kitab mağazasında maraqlı görüş baş tutub.

Bir ay əvvəl İngiltərənin Pushkin Press nəşriyyatı Baninin (Ümmülbanu Əsədullayeva) "Days in the Caucasas" əsərini ilk dəfə ingilis dilində nəşr etdi. Dünyaca tanınmış tərcüməçi, yazar və redaktor Anne Thompson-Əhmədovanın tərcüməsində olduqca mükəmməl əsər oxuculara təqdim olundu. 
Əsərin Azərbaycanda keçirilən təqdimat mərasiminə isə "Əli və Nino" kitab mağazası ev sahibliyi etdi. Tədbir çərçivəsində Baninin "Qafqaz Günləri" kitabının ingilis və Azərbaycan dilində təqdimatı və imza günü baş tutdu. Azərbaycan dilinə tərcümə olunmuş tam versiya Qanun nəşriyyatı tərəfindən çap ounub.
Tədbir qonaqlar və oxucuların xoş diskussiyaları, maraqlı söhbətlər və xoş təəssüratlarla yadda qalıb.
Görüşdən maraqlı anları sizin diqqətinizə çatdırırıq.