Bir neçə aydır ki, davam edən seçimlərdən sonra Buker mükafatının qalibi bu günlərdə bəlli oldu.

Cənubi Afrikalı yazıçı Deymon Gelqut özünün "Vəd" romanı ilə məşhur "Buker mükafatı"nı qazandı!

Yazıçının doqquzuncu romanı olan bu kitab Cənubi Afrikada bir dəfə qaradərili qulluqçuya evlərini verəcəyini vəd edən ağdərili fermerlər ailəsinin hekayəsindən bəhs edir.