Yaxın günlərdə "Əli və Nino" yeni, 11-ci mağazasını açdı. 

Blue Mall-da yerləşən bu yeni mağaza Əhmədli metro-stansiyasının (Nargilə dairəsinin) yaxınlığında yerləşməklə Əhmədli, Zığ, Həazi Aslanov ərazilərində yaşayan kitabsevərlərin sevincinə səbəb oldu. 

Qeyd edək ki, mağazanın açılışına özəl olaraq 3 gün ərzində (25-27 noyabr) mağazadakı bütün məhsullara 20% endirim tətbiq olundu. 

Yeni açılmış "Əli və Nino" mağazasında alıcılara Azərbaycan, Türk, Rus, İngilis dillərində həm böyüklər, həm də uşaqlar üçün müxtəlif kitablar, pazllar, oyun və oyuncaqlar, məktəb ləvazimatı, Yeni İl aksessuarları sərfəli qiymətlə təqdim olunur.