"Əli və Nino" kitab mağazası payız günlərini endirim kampaniyası ilə daha da yaddaqalan edəcək. Belə ki nə az, nə çox, düz 10 gün boyunca yüzlərlə adda kitaba 30, 50, 70 və 90 %-dək inanılmaz endirimlər tətbiq olunacaq. Eyni zamanda, mindən artıq seçilmiş məhsul vahid qiymətlərdə - 2, 3, 5 AZN dəyərində təqdim olunacaq.
Aksiyanın davam etdiyi 1-10 Noyabr günlərində gözəl payız havasını fürsət bilib siz də 90%-dək olan böyük endirimlərdən yararlanmağa tələsin!