"Əli və Nino" oxucuların və tarixsevərlərin sevincinə səbəb olacaq bir tədbirə ev sahibliyi edəcək. İyulun 4-də son zamanların ən çox diqqət çəkən nəşrlərindəm olan  "Days in the Caucasus" (Banine) kitabının təqdimatı və tərcüməçi ilə görüş keçiriləcəkdir. 

Azərbaycan tarixini və məişətini əks etdirən xatirələr kitabı "Days in the Caucasus" ı ingilis dilinə tərcümə etmiş dünyaca tanınmış yazar, redaktor və tərcüməçi Anne Thompson - Ahmadova "Əli və Nino"da qonaq olacaq.

Anne Thompson - Ahmadova ilə tanış olub xoş söhbət, maraqlı ünsiyyət və kitabı  imzalı əldə etmək istəyən hər kəs görüşə dəvətlidir.

Tədbir 04.07.19 tarixində Fəvvarələr meydanındakı "Əli və Nino" mağazasında (H.Z.Tağıyev küçəsi 19), saat 19:00-da keçiriləcəkdir.

 

Kitabı "Əli və Nino" mağazalarından və www.alinino.az saytından əldə edə bilərsiniz.