27 Sentyabrda start götürən IV Milli Kitab Sərgisi davam etdiyi beş gün ərzində hər anını böyük coşğu və maraqla keçirdi.
Tədbirin açılışında iştirak edən dövlət rəsmiləri, millət vəkilləri, xalq yazışıları və digər görkəmli şəxslər öz ürək sözlərini qonaqlarla paylaşdı, şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra qazilərlə görüşlər, maraqlı söhbətlər küçirildi. Milli Məclisin deputatları Fazil Mustafa, Sabir Rüstəmxanlı və Ceyhun Məmmədli, UNEC rektoru Ədalət Muradov, xalq yazıçısı Əlisa Nicatın çıxışları yaddaqalan oldu.
Milli Kitab Sərgisi uşaqdan böyüyə hər kəsin böyük marağını qazandı. Tədbir çərçivəsində hər gün müxtəlif musiqili proqramlar, yazıçı və şairlərlə, tanınmış blogerlərlə görüşlər keçirildi.
Görkəmli yazıçılardan Çingiz Abdullayev, Sabir Rüstəmxanlı, Əlisa Nicat, Şərif Ağayar, Varis, Rövşən Abdullaoğlu, Çinarə Köçərli, şairlərdən Baba Vəziroğlu, Rüstəm Behrudi, Aqşin Yenisey ilə keçirilən görüşlər ziyarətçilərin böyük marağına səbəb oldu.
Bundan əlavə, tanınmış simalar - natiq Cəlalə Nəzəroğlu, iş adamı Fəxri Ağayev, bloger İradə Qədirova və Səma Abıyevanın, dünya şöhrətli fotoqraf Reza Deghatinin öz izləyiciləri ilə görüşləri və maraqlı söhbətləri yaddaqalan oldu.
IV Milli kitab sərgisi zamanı məktəblilərin və tələblərin fəallığı xüsusilə seçildi. Ekskursiyaya gəlmiş məktəblilər endirimlərdən yararlanaraq kitablar əldə etdilər.
IV Milli kitab sərgizi yalnız kitabla deyil, beş gün davam edən möhtəşəm kitab və sənət bayramı olaraq yadda qaldı. Sərgidə handmade məhsullar, müxtəlif sənətkarların əl işləri satışa təqdim olundu, musiqili və əyləncəli şou-proqramlar sərgiyə əlavə rəng qatdı.