V Milli Kitab Sərgisinin media dəstəkçisi olan TikTokda kitabsevərlər üçün #kitabfest yarışması başlamışdı.
Azərbaycanda kitab mütaliəsinə təkan vermək məqsədilə TikTok “Əli və Nino” mağazalar şəbəkəsi və “Qanun” Nəşriyyatı
ilə birgə bu platformada #kitabfest adlı yeni kampaniyaya start vermişdi.
Yarış çərçivəsində kitabsevər gənclər öz kitab tövsiyələrini, Milli Kitab Sərgisi ilə bağlı təəssüratlarını, kitablar haqqında fikirlərini qısa videolar halında çəkərək #kitabfest heşteqi ilə paylaşaraq yarışa qatılmalı idilər.
#kitabfest yarışması çərçivəsində ölkənin hər yerindən istifadəçilər #kitabfest həştəqi ilə ədəbiyyat və mütaliə
mövzusunda videolar çəkməyə dəvət olunur: kitab xülasələri, qutuların açılması (unpacking), sevimli kitablardan parçalar,
mütaliə və ədəbiyyatla bağlı şəxsi hekayələr, Milli Kitab Sərgisindən reportajlar və hətta öz kitab rəfinizi necə hazırlamaq ,
yaxud, kitablarınızı yerləşdirmək barədə videolar paylaşaraq izləyicilər arasında böyük marağa səbəb oldu.
#kitabfest Azərbaycanda TikTok istifadəçilərini kitaba və mütaliəyə daha da həvəsləndirmək məqsədi daşıyırdı.
Yaxın günlərdə yarışmanın qalibləri bəlli oldu və onlar öz hədiyyələrini əldə etdilər.
Beş ən maraqlı videonun sahibi qalib gələrək dəyərli mükafatı - “Əli və Nino” mağazalar şəbəkəsindən
100 AZN dəyərində hədiyyə kartını qazandı!