Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

Tanınmış otel mütəxəssisi Yunis Teymurxanlı ilə görüş!

14 aprel saat 18:00-da “Əli və Nino Gənclik Mall AVM”-də  Yunis Teymurxanlının - “Do not disturb. Записки отельера” və “Room service. Записки отельера” kitablarının müəllifi – imza günü keçiriləcəkdir.

Yunis Teymurxanlı otel mütəxəssisi, Sankt-Peterburqdakı məşhur «Гельвеция» otelinin təsisçisi və baş meneceri, bloger və publisist, həmçinin, “Do not disturb. Записки отельера” və «"Room service". Записки отельера»  kitablarının müəllifidir.

O, 10 yanvar 1972-ci ildə Moskvada dünyaya gəlmiş, lakin Bakıda böyüyüb başa çatmışdır. 1988-ci ildə Leninqrada yollanmış və oradakı Leninqrad Dövlət Univetsitetinin (ЛГУ) Şərq fakültəsinə daxil olmuşdur. 1993-cü ildə həmin fakültənin "Ərəb dövlətlərinin tarixi" ixtisasını bitirmişdir. 1992 – 1994-cü illərdə Leninqrad Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisasının axşam şöbəsində təhsilini davam etdirmişdir.

İngilis, alman və ərəb dillərini bilir.

Evlidir, üç övladı var.

Hazırki dövrdə Yunis Teymurxanlı özünün iki kitabını təqdim edir.

 

«"Do not disturb". Записки отельера»

 

«Əgər siz “Qrand otel Budapeşt” filmini sevirsinizsə, o zaman bu kitaba biganə qalmağınız mümkün deyil. Bu, otel işinin tragikomediyasıdır.  Əsas məsələ odur ki, burada baş verən hadisələrin iştirakçıları da elə biz özümüz – otelin qonaqlarıdır».

Maksim Averin, sənətçi

 

«Bu kitabdakılar məftunedici reallıqlardır. Axı hər əhvalat heç də uydurulmayıb, birbaşa həyatın özündən alınıb. Bu kitabı əminliklə götürüb gözəl bir seriala çevirmək mümkündür. Uğurlu alınacağı danılmazdır!» 

Nonna Qrişayeva, RF-nın əməkdar artisti

 

Bu kitabı niyə sifariş etməli?

«Olduqca sadə, faydalı və dəyərli kitabdır. Eyni zamanda, yaxşı mətnin nadir nümunələrindəndir. Qeyd-şərtsiz olduqca dəyərli ədəbi nümunədir».

Aleksandr Nevzorov, publisist

 

«”Yunisin oteli”də qonaqlar o dədər şən və mehriban yaşayırlar ki, xoşbəxtlikdən hətta bir-birlərini öldürə də bilərlər. Bu əfsunlayıcı kitabı oxuyun! Siz dərhal buradakı məşhur fransız trüffellərindən, Lion midyələrindən dadmaq və Aleksandr Nevzorovun bir otel otağında unutduğu məzəli papağını geyinmək istəyəcəksiniz».

Aleksandr Proxanov, yazıçı

«Bu kitab Artur Xeylinin “Otel” əsəri kimi bestseller oldu. Qonaqların sirləri və əhvalatları komediya və ensiklopediya təəssüratı yaradır».

Mixail Veller, yazıçı

Annatasiya:

Otellər sirlərini öz güclü qayda-qanunları əsasında mühafizə edirlər.  Otel müvəqqəti evdir. Ev isə bizim əsl qalamızdır. Qonaqlar otelə çox şeylərini – öz mülklərini, şəxsi məlumatlarını, öz həyatlarının ən gizli detallarını – belə demək memkensə, bütünlüklə özlərini etibar edirlər.

Otel mütəxəssisi, Sankt-Peterburqdakı məşhur «Гельвеция» otelinin təsisçisi və baş meneceri, bloger və publisist Yunis Teymurxanlı bu kitabda öz butik-otelindəki həyat və otel qonaqlarının gülməli,  kədərli əhvalatlarını öz istedadlı və parlaq qələmilə nəql edir. Burada hər şey sanki teatr səhnəsindəki kimidir – dram və tragikomediya, macəra və məhəbbət lirikası, realizm və ekssentrik yumor – hər şey var.

Məşhur kumirlər və onların cansıxıcı pərəstişkarları, tanınmış yazıçılar və xarici turistlər, idman ulduzları və sadə vətəndaşlardan olan qonaqların əhvalatları sadəcə bu lüks otelin divarları arasındakı həyatı əks etdirmir, eyni zamanda,  əbədi-bəşəri dəyərləri gözdən keçirməyimizi təmin edir.

 

 

                                    "Room service". Записки отельера"

 

Annatasiya: "Room service". Записки отельера"

"Do not disturb". Записки отельера" bestsellerinin müəllifi, otel mütəxəssisi, Sankt-Peterburqdakı məşhur «Гельвеция» otelinin təsisçisi və baş meneceri, bloger və publisist Yunis Teymurxanlıdan yeni kitab!

Oxucular tərəfindən izlənilən və sevilərək oxunan maraqlı əhvalatların davamında istedadlı və parlaq müəllif bu dəfə daha vacib məsələlərə - sevgi təcrübələri və düşmənlik, böyük ehtiraslar və kiçik həsədlər, yüksək nailiyyət və dərin xəyal qırıqlığı və s. – toxunur.

Otelin qonaqları və işçiləri, ulduzlar və pərəstişkarları ilə əlaqədar məzəli və kədərli hadisələr  bu "qonaqpərvərlik sənayesi" dünyasına həyəcan verici bir səyahətin unudulmaz təəssüratı deyil, eyni zamanda,  bu günümüzə və öz dünyamıza daha yaxından nəzər salmaq üçün böyük bir fürsətdir ...

 

Yunis Teymurxanlının kitablarını bütün "Əli və Nino" mağazalarından, həmçinin www.alinino.az saytından əldə edə bilərsiniz!