"Əli və Nino" mağazalar şəbəkəsinin kitabsevər oxucuları tərəfindən xoş təşəbbüs həyata keçirilib.
Ucqar kəndlərdə yerləşən təhsil ocaqlarında uşaqların mütaliə sevgisini daha da artırmaq, onlara dəstək olmaq istəyən kitabsevər həmyerlilərimiz "Əli və Nino" mağazalar şəbəkəsinin vasitəsi ilə uşaqlara öz kitab sovqatlarını göndərdilər. 
Beləliklə, Sinqapurda yaşayan kitabsevər Nigar Abdullayeva-Hamer -in gözəl təşəbbüsü və dəstəyi ilə artıq 5 kənd kitabxanasına kitab göndərilib.
Bu təşəbbüsə başqa həmyerlimiz, İsveçrədə yaşayan Dilarə Karlen-Süleymanova da qoşuldu. Onun dəstəyi ilə cənub bölgəsinin ucqar kəndlərində yerləşən daha 5 məktəb kitabxanasına da kitab sovqatı göndərilib.
Kanadada yaşayan Ruziyyə xanım da bu təşəbbüsə qoşularaq ucqar kənd məktəbinin şagirdlərinə kitablar göndərilməsinə dəstək oldu. 
Bir kitab bir uşağın düşüncələrini və həyatını tamamilə dəyişmək iqtidarındadır!