“Heminquey həyatda tanıdığım yeganə insandır ki, anasına həqiqətən nifrət edirdi” - John dos Pssos bir dəfə onun haqda danışarkən demişdi.
1899-cu il iyulun 21-də ABŞ-ın Çikaqo şəhərində, həkim və opera müğənnisi olan Heminqueylər ailəsinin altıncı övladı dünyaya göz açdı. Bu, anasının israrla qız olmasını istədiyi, lakin oğlan doğulan Ernest Heminquey idi. Altı yaşınadək anası onun oğlan doğulduğunu qəbul etmir, bunun Ernestdə hansı travmalar yaradacağını heç hesaba almadan onu qız uşağı kimi geyindirir, hətta adını belə hər yerdə “Erneste” kimi çağırırdı. Təbii ki bu hal Ernest Heminqueyin xarakterinin sərt və qəddar formalaşmasına səbəb oldu, üstəlik anasına olan daimi və heç bitməyən nifrətin də əsasını qoydu. Baxmayaraq ki, anası ona musiqi təhsili vermişdi, sevgisini əsirgəmirdi, lakin Ernest Heminquey ömrünün sonunadək anasına nifrətlə dolu idi.
Lisey illərindən qələmini işə salaraq fərqli təxəllüslə (“Ring Lardner Jr”) yazılar yazan Ernest 1917-ci ildə liseyi bitirəndə Birinci Dünya müharibəsi davam edirdi. Ailəsinin israrlarına baxmayaraq Heminquey universitetə deyil, qəzetlərdən birinə müxbir kimi işləməyə getdi. Lakin, o, müharibəyə laqeyd qala bilməzdi. Buna görə də könüllü olaraq cəbhəyə yazılıb Qızıl Xaçın sıralarına qoşuldu.
Uşaq vaxtlarından bəri içində yığılmış qəzəb vətən sevgisinə qarışaraq Heminqueyi əzmlə öz vəzifəsinə sarılmağa vadar edirdi.
Çox keçmədən, İyunun 8-də güclü bir partlayışla Heminquey ayağından yaralanır və igidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif edilir.
Müharibədən qayıtdıqdan sonra Ernest Heminquey özünün rəsmi olan dörd nigahından ilkini reallaşdıraraq Elizabet Riçardsonla ailə qurur və ədəbi fəaliyyətini inkişaf etdirmək məqsədilə ABŞ-ı tərk edərək Parisə yollanır. Paris mühiti onun ədəbi axına qoşulmasına xeyli təkan verir. Burada o, F. Scott Fitzgerald, James Joyce kimi görkəmli yazarlarla tanış olmaq imkanı əldə etmiş, "Toronto star" qəzeti ilə işləməyə başlamışdır. İlk kitabı da elə bu illərdə çapdan çıxmışdır. Lakin Heminquey Parisdə də daimi olaraq məskunlaşa bilmir. Burada ədəbi aləmə qatılıb bir neçə romanını, həmçinin “Kişilərsiz qadınlar” əsərini çap etdirdikdən sonra, o, Parisi tərk edir. Yenidən ABŞ-a qayıdaraq yaradıcılığını burada davam etdirir. (Kitablar haqda əlavə məlumat və sifariş üçün fotoya tıklamağı unutmayın!)
“Əlvida, silah!” romanı da məhz bu illərin məhsuludur. Heminquey ömrünün müharibə illərilə bağlı bir çox detalları illər sonra yazdığı “Əlvida, silah” romanında ətraflı təsvir eləmişdir. Bu baxımdan əsəri avtobioqrafik roman da hesab etmək olar. Əsərdə həmçinin, Heminqueyin müharibə illərindəki nakam sevgisi, bu sevgidən çəkdiyi əzablar də öz əksini tapmışdı.
Bu illərdə yazdığı əsərləri xeyli marağa səbəb olur və Heminqueyə böyük uğur gətirir. Heminquey şöhrətin zirvəsini yaşayırdı. Bu şöhrət isə getdikcə onun “başını gicəlləndirirdi”. Bu səbəbdən artıq yaradıcılığında da müəyyən geriləmə müşahidə edilməyə başladı.
Heminquey hər zaman fərqli insan olmağa çalışırdı. Digərlərindən seçilmək, özünü olmadığı kimi göstərməyə çalışmaq, saysız əyləncələrə qoşulmaq onun yaradıcılığına da təsirsiz ötüşməmişdi. Bu illərin əyləncələri arasında Heminqueyin ən uğurlu əsəri kimi "Frensis Makomberin ani хoşbəхtliyi" və "Klimancaro qarları" kimi kiçik hekayələrin adlarını çəkmək olar.
İkinci Dünya Müharibəsi başlayanda Heminquey müxbir kimi yenidən cəbhəyə yollandı. Bu illərdə o, artıq Kuba yaxınlığında yaşayırdı və dördüncü həyat yoldaşı olan Mary Welsh ilə ailə qurmuşdu.
Onun 1950-ci ildə-ildə yazdığı "Çayın o tayında, ağacların kölgəsində" romanı biabırçı dərəcədə uğursuz hesab edildi və müəllif xeyli tənqidlərə tuş gəldi. Lakin çox keçmədən, Heminquey bütün bunların əvəzini özünün ən məşhur əsəri olan “Qoca və dəniz” povesti ilə ödədi. Səyahətçi və macərapərəst bir ruha sahib olan müəllif bu əsərini, Kubaya yollandığı zaman qələmə almğa başlamış və Kubada tamamlamışdır. Əsər insan gücünün, əzminin, dözümünün və həyat mübarizəsinin ən incə detallarına qədər təsvirini olduqca aydın şəkildə verir. Əsər layiq olduğu uğuru əldə edərək nüfuzlu Pulitser mükafatını əldə etdi. Beləliklə, Heminguey itirdiyi şəhrətini və oxucu sevgisini yenidən bərpa etdi, hətta müəllifinə Nobel mükafatını belə qazandıra bildi.
Heminquey yaradıcılığının ən məşhur daha iki romanı da vardır.
“Əcəl Zəngi”: Ernest Hemingwayin romanları hər zaman bütün dünyanın diqqət mərkəzində olub. "Əcəl zəngi" İspan vətəndaş müharibəsi zamanı dağlarda mübarizə edən bir qrup partizandan bəhs edir.
Əvvəllər kilsə zəngləri, toy, xaç suyuna salınma və dəfn mərasimlərilə yanaşı döyüşdə qalibiyyət kimi əhəmiyyətli hadisələri elan etmək üçün istifadə edildi.
əsərdə həmçinin, Heminqueyin öz həyatından müxtəlif elementlərə də rast gəlinir.
“Ya var. Ya yox”: Əsər tək bir nəfərin dilindən deyil bir neçə nəfərin həm Harrinin, həm digər yoldaşlarının, həmçinin də yazarın öz dilindən nəql edilir…
Əsərdə dövrün sıradan çıxardığı neçə neçə həyatlarla tanış ola bilərsiniz… Həmçinin Harri Morqanın əli qana bulansa da yazar günahı onda deyil də, o dövrün şəraitinin onu buna məcbur etdiyini vurğulayır…
Əsərdə digər maraqlı obrazlar Harrinin həyat yoldaşı Mariya, dənizçi yoldaşları, Eddi, kapitan Uili kimi maraqlı obrazlarla da qarşılaşacaqsınız…
Heminquey bu romanında insan psixologiyasının dərinliklərinə enib, onların daxilində yatan, çətin zamanlarda üzə çıxan xarakterlərini oxucuya ustalıqla çatdırmışdır…
Ömrünün sonuna yaxın Heminquey dərin psixoloji sarsıntılar, depressiya yaşayırdı. Bu səbəbdən o, hətta klinikaya da yerləşdirilmişdi. Lakin, bu da kömək ola bilmədi. Uşaq vaxtından yaşadığı dərin sarsıntılar, anasına olan güclü nifrət, yaşadığı meşşan həyat və baş döndürən şöhrətin gətirdiyi tənhalıq hissi onu həyatdan soyutmuşdu. Bir daha yaradıcılığa qayıda bilməyəcəyinə olan inamı onu çıxılmaz uçurumun kənarına gətirmişdi. Sonluq isə faciə ilə nəticələndi – 1961-ci il, iyulun 2-də Ernest Heminquey özünün ov silahından atəş açaraq intihar etdi.
Ölümündən sonra isə onun daha bir kitabı çap olundu. Bu, "Həmişə səninlə olan bayram" romanı idi.(Fotoya tıklayaraq bütün kitabları görə bilərsiniz)
Ernest Heminqueyin Azərbaycan, türk, rus və ingilis dillərində olan kitablarını bütün "Əli və Nino" kitab mağazalarından, həmçinin, www.alinino.az saytından əldə edə bilərsiniz.
Müəllif: Lalə Rəhmanova