Dünyanın bir çox brendlərinin hər il əhəmiyyətli endirimlər etdiyi, bir çox ölkələrin Qara Cümə və ya Möhtəşəm Cümə adlandırdığı bu gün haqqında əldə etdiyimiz məlumatları sizin üçün bir araya gətirdik.
"Black Friday"- ABŞ-da noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunan şükran günündən sonrakı cüməyə verilən qeyri-rəsmi bir addır. 1932-ci ildən bəri şükranlıqdan sonrakı gün Amerikanın milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Buna baxmayaraq "Qara Cümə" termini son onilliklərə qədər elə də geniş yayılmamışdı. Qara Cümə günü bir çox mağazada yüksək səviyyədə təşkil olunan endirimlər təqdim edilir və mağazaların açılışı çox erkən saatlara, bəzən də gecə yarısına təsadüf edir. Sonradan bu gərgin iş tempinə endirim kampaniyaları da əlavə olundu “Black Friday” rəsmi olaraq qeyri-iş günü hesab edilmir.
Bu alış-veriş günü ilk dəfə 1961–ci ildə qəzetlərdə Black Friday olaraq işıqlandırılmışdı. Belə ki, həmin gün Filadelfiyada alış-veriş səbəbi ilə yaranan tıxac və hətta insanların xəsarət alması ilə nəticələnən hadisələr həmin günün belə adlandılması ilə nəticələndirilmişdir.
2021-ci ilin möhtəşəm Black Friday sevinci noyabrın 26-a təsadüf edir.
Dünyada Black Friday alış verişləri böyük izdihamla və coşquyla qarşılanır. İnsanlar bu endirimləri hətta aylar əvvəldən gözləyir və hazırlaşırlar. Black Friday endirimləri adi günlərdəki endirimlərdən faiz dərəcəsinin artıqlığı ilə fərqlənir. Bu günlər ərzində iri ticarət mərkəzləri və mağazalarda iş saatları gece yarılarına kimi uzadılır. Online satış təşkil olunan şəbəkələr isə gücləndirilmiş iş rejiminə keçirlər.
Son illərdə Azərbaycanda, Bakıda Qara Cümə tədbirləri geniş miqyasda keçirilməyə başlanılıb. Belə ki, bəzi böyük şirkətlər bu gün xüsusi endirimlərlə öz istehlakçılarının beynini uçurur. Sərfəli alış-veriş etmək istəyən müştərilər isə Black Friday endirimlərini səbirsizliklə gözləyirlər.
Ərzaq məhsullarından tutmuş geyim, oyun-oyuncaq, kitab və digər bütün məhsullara şamil olunan bu endirimli qiymətlər alıcıların alış-veriş həvəsini artırmaqla yanaşı, onların büdcələrinə də xeyli qatqı vermiş olur.
Azərbaycanda, Bakıda sərfəli Black Firday endirimləri ilə öz müştərilərini sevindirən satış şəbəkələrindən biri də “Ali and Nino” mağazalar şəbəkəsidir ki, həmin gün öz alıcılarına həm online, həm də mağaza daxilində olan məhsullara 20-90% kimi endirimlər təqdim edir.
Bəli, Bəli, bəli -90%! Səhv oxumadınız...
Bunun yanı sıra onu da qeyd etməliyik ki, həm “Ali and Nino” , həm də Bakının bir çox mağazalarında Black Friday-dan əvvəl Erkən Black Friday (Early Black Friday) endirimləri də təşkil olunur ki, bu da bu alış-veriş bayramını daha da rəngarəng edir.
İlin ən böyük alış veriş hadisəsi "Black Friday"- kimi çağırılmasına və qeyd olunmasına baxmayaraq əslində bu gün həm insanlar, həm mağazalar baxımından rəngarəng qarşılananan bir hadisədir.
Müəllif: Kubra Quliyeva Xalıqova