Siz bir kişiyə təhsil versəniz, yalnız bir nəfərə təhsil vermiş olarsınız. Bir qadına təhsil vermiş olsanız,bir ailəyə təhsil vermiş olarsınız.

H.Z.Tağıyev

 

***

 

Erkən dur! Az ye! Çox oxu! Amma hər şeyi oxuma. Sənin qəlbini, ruhunu, ağlını zənginləşdirən kitablar oxu. Çünki hər oxunan kitab su və qida kimi ruhumuza yayılır. Ruhunuzu həmişə yemləyin, kitaba həmişə aclıq hiss etsin.

Robin Şarma

 

***

 

Çox kitab oxuyana oxumuş adam deyirlər, çox televizora baxmış adama görmüş adam demirlər.

Lily Tomlin

 

***

 

Həmişə cənnətin kitabxanaya bənzəyəcəyini təsəvvür etmişəm.

Xorxe Luis Borxes

 

***

 

Bir adama bir kitab satdığın zaman ona yalnız yarım kilo kağız, mürəkkəb və yapışqan satmış olmazsan, ona tamamilə yeni bir həyat satmış olursan. Sevgi, dostluq, mizah v\ gecə dənizdə dolaşan gəmilər, əgər o kitab həqiqətən mənim anladığım anlamda bir kitabdırsa, onun içində bütün göylər və yer vardır.

Kristofer Morley

 

***

 

Bir kitab, bir qələm, bir uşaq və bir müəllim dünyanı dəyişə bilər

Malala Yusifzai

 

***

 

Dünyada nə qədər kitab var belə,

Çalışıb-əlləşib gətirdim ələ,

Ərəbcə, dəricə, yeri düşərkən

Buxari, Təbəri əsərlərindən

Oxudum, xəbərdar oldum da vardım

Varlıqlar sirrini yer-yer axtardım.

Nizami Gəncəvi

 

***

 

Televizor, məncə,çox xeyirli bir kəşfdir. Nə zaman biri televizoru açsa, dərhal digər otağa keçib kitab oxuyuram.

Groucho Marx

 

***

 

Brilliantdan alınmayan vergi kitabdan alınırdı. Çünki brilliant alanlardan yox, kitab oxuyanlardan qorxulurdu.

Emile Zola

 

***

 

Qoy heç olmasa, qızların təhsil almalarının kişilərin həyatını necə dəyişdirəcəyini gözləri önünə gətirsinlər.

Nəsib bəy Yusifbəyli

 

***

 

Kitabları başqasına vermək olmaz. Oxumağa verilmiş kitab öz ruhundan və təmizliyindən nəyisə itirir.

V.Rozanov

 

***

 

Oxumadığın kitab sənə heç cür kömək edə bilməz.

Jim Rohn

 

***

 

Elm sərvətdən də üstündür. Çünki sərvəti sən qoruyursan, elm isə səni qoruyur.

İmam Əli

 

***

 

İki ömrüm olsun istərdim – biri yaşamaq, digəri oxumaq üçün.

Goethe

 

***

 

Axmaqlarla oturub-durmaqdansa kitabla tənha oturmaq yaxşıdır.

Qasım bəy Zakir

 

***

 

Dünyanın ən yaxşı kinozalı beyindir. Bunu yaxşı bir kitab oxuyanda başa düşürsən.

Kate Middleton

 

***

 

Kitab elə bir hədiyyədir ki, dəfələrlə yeni hədiyyə kimi açmaq olar.

Garrison Keillor

 

***

 

Elmin kralı olmaq üçün oxumağın köləsi olmaq əsas şərtdir.

Onore de Balzak

 

***

 

Əlində yaxşı kitab olan biri heç zaman yalnız deyildir.

Karlo Qoldoni

 

***

 

Kitabdan yox, kitabsızlıqdan qorxmalıyıq.

Cemil Meriç