Bir məktəbliyə hansı məktəb ləvazimatları lazımdır?

 

Məktəblilər üçün bütün lazımi məktəb ləvazimatını necə almaq olar ki,  heç nəyi unutmayasan?

 

Siyahı ilə tanış olun!

 

Alinino.az onlayn mağazası Azərbaycanda – Bakıda məktəbli üçün hansı məktəb ləvazimatı lazımdır deyə kiçik bir araşdırmaya başladı.

Biz valideynlər və məktəblərlə  əməkdaşlıq edərək  bir məktəblinin bütün ehtiyaclarını öyrənmişik.

 

Beləliklə, məktəb şagirdinin əla oxuması  üçün lazım olan hər şeyin qısa siyahısı olduğu ortaya çıxdı!

Hələ bütün bu məktəb ləvazimatını məktəblinin zövqünə uyğun olaraq alsanız, o zaman uşaqlar məktəbə böyük həyacan və sevinclə gedəcəklər!

 

Beləliklə, başladıq!

 

Penalı dolduraq!

Bir uşaq üçün praktik bir penal adətən çox vacibdir. Orada olduqca maraqlı, kiçik məktəb ləvazimatları gizlənir!

Dəftərlərin və kitabların təmizliyi, həmçinin, tədris prosesinin sevincli və şən olması penalın rahatlığından və içindəkilərdən asılıdır.

Penalınıza bunları qoymağı unutmayın: 

-Diyircəkli qələmlər: göy, qırmızı, yaşıl və müxtəlif rəndlərdə ola bilər. Göy qələmdən bir deyil, bir neçə ədəd qoyulması sizin üçün çox faydalı ola bilər. Əgər dərs zamanı qələmlərinizdən biri sınsa, yaxud, yazmasa, digər əvəzləyici qələminiz dərhal köməyinizə yetəcək. 

-Sadə karandaşlar: orta sərt, TM və ya HB alın.  

-Xətkeş: xətkeş seçərkən penalınızın uzunluğunuz nəzərə almağınız məsləhətdir. əsasən, 15-20 sm olan xətkeşlər penalın içinə rahat yerləşməsi baxımından uyğun hesab edilir. Bu xətkeş plastik materialdan da ola bilər, taxta materialdan da. Bəzi xətkeş modelləri xüsusi olaraq elastik plasmas materialdan hazırlanmışdır. Belə xətkeşlər daha uzunömürlüdür.

 

-Transportir: əsasən, dördüncü sinifdən sonra istifadə olunur.

 

-Pozan: yaxşı silə bilən, sadə və kiçik həcmli pozan sizin dəftərlərinizin təmizliyinə xidmət edəcək!

 

-Qələmyonan: qələmləri yaxşı itiləyən və qapağı bərk bağlanan bir qələmyonan seçin. Əks halda itilədiyiniz tullantı penalınıza və çantanıza dağıla bilər. Bəzi qələm yonanlar ikili olur – həm kiçik diametrli, həm də böyük diametrli qələmlər üçün bu seçim daha sərfəlidir.

 

-Pərgar: adətən, aşağı siniflərdə istifadə olunmur. Əgər 5 və daha yuxarı sinif şagirdisinizsə, o zaman bir pərgar da seçməyiniz mütləqdir.  

 

-Penalın özü: sizə rahat olan, bir deyil, bir neçə bölməli penal seçin. Çalışın, seçdiyiniz penal məktəb çantanızın rənginə və tərzinə uyğun olsun. Bu zaman daha dəbli görünə biləcəksiniz.

 

Penalımız hazır olduqdan sonra artıq digər məktəb ləvazimatlarını da seçməyə başlayaq!

 

-Dəftərlər: məktəbli uşaq üçün dəftər seçərkən vərəq sayına diqqət etmək önəmlidir. İbtidai sinif şagirdləri nisbətən az səhifəli (12, 18, 24 səhifəli) dəftərlərdən istifadə edirlər. Əgər uşağınız birinci sinifə gedəcəksə, o zaman əyri xətli dəftərlər almağınız mütləqdir. Yuxarı sinif şagirdləri isə daha çox vərəqli (48, 60, 80, 96 vərəqli) dəftərlərə üstünlük verirlər. Unutmayın, dəftər seçərkən mütləq xətli dəftər və danlı dəftər – hər ikisindən almalısınız. Yaxşı olardı ki, dəftərlərin üz qapağı uşağın öz istəyinə və zövqünə uyğun seçilsin.

 

-Dəftər və kitab üzlükləri: şəffaf üzlüklərin seçilməsi məqsədəuyğundur. Dəftər və kitab üzlükləri A5, A4 ölçülərdə olur. Seçim edərkən ölçüsünün sizə lazım olan ölçü olduğunu dəqiqləşdirin.

 

-Qovluq: qovluqlar dəftərlə və kitablar üçün faydalıdır. Məktəb ləvazimatları siyahısında mütləq hesab edilməsə də məktəb çantasının daha səliqəli və istifadəyə rahat olması baxımından qovluq seçməyiniz faydalıdır.

 

 

İndi isə rəsm dərsinə!

Rəsm dərslərində sadə qələmlər, rəngli karandaşlar, boyalar, quaşlar, flomasterlər,  rəsm albomları, politra, müxtəlif ölçülü fırçalar və s. istifadə olunur.Onları heç düşünmədən ala bilərsiniz, çünki, birinci sinifdən başlayaraq bunların hamısına ehtiyacınız olacaq:

 -Rəsm albomu: uşağınız aşağı siniflərdə oxuyursa, 20 vərəq,  40 vərəq və ya 60 vərəqdən ibarət albom götürün. Bəzi valideynlər akvarel vərəqləri qovluğunu daha çox bəyənirlər. 


-Rəngli karandaşlar: sərfəli olsun deyə 12 və ya daha çox rəngdən ibarət dəsti tövsiyə edirik. 


-Akvarel boyalar: 12 və daha çox ibarət olanlar onları seçməyiniz məsləhətdir.  

- Quaş: uyğun olanı seçin: 6, 9 və ya 12 rəng. 

- Dairəvi uclu fırça dəsti: ən çox işlənən nömrələr 3, 5 və ya 8 nömrəli fırçalardır.  

 

Əmək dərsinə hazırlıq görün!

Hər zaman maraqlı bir şey hazırlaya biləcəyiniz ən sevimli dərsiniz üçün aksesuarları unutmayın! -Yapışqan: qələm formalı apışqanlar və ya PVA kley seçə bilərsiniz. 

-Qayçı: qonşuya zərər verməmək üçün yuvarlaq uclara sahib qayçı seçmək daha yaxşıdır :) 


-Rəngli kağız dəsti: A4 ölçülü olan ən sadəsini götürün. 

- Rəngli karton dəsti: A4 ölçülü iki üzü də rəngli olan növündən seçmək məsləhətlidir.  

-Plastilin: istədiyiniz fiquru rahat hazırlamaq üçün 10 və daha çox  rəngdən ibarət olan plastlinlərə üstünlük verilir. 

 

Məktəbdə ac-susuz qalmaq olmaz :)

Yaxşı bir su qabı yemək qabı bütün uşaqların əvəzolunmaz məktəb ləvazimatıdır.

Bəzi yemək çantaları xüsusi termal materialdan hazırlanmışdır. Bu səbəbdən də belə termal yemək çantaları qidanı isti, yaxud soyuq saxlamaq qabiliyyətinə malikdir. 

 

Bəs bütün bu məktəb ləvazimatını haraya yığaq?

Bunun üçün əlbəttə ki, sizə bütün ilinizi dözəcək, keyfiyyətli məktəb çantası lazımdır! 

Bakıda məktəb bazarlığı etmək istəyən hər kəsin ürək rahatlığı ilə üz tutduğu məkan Alinino.az onlayn mağazasıdır. Biz Bakının hər yerinə məktəb bazarını kuryerlə çatdırılma edirik və Azərbaycanın bütün bölgələrinə məktəb ləvazimatını sürətli çatdırılma edirik.    

 

Müəllif: Lalə Rəhmanova