Məktəblərin açılmasına az vaxt qaldığı bu günlərdə bütün ailələr və şagirdlər məktəb bazarlığı üçün tələsirlər. Uşağınız bu il məktəbə yeni başlayırsa və məktəb bazarlığı ilə bağlı heç bir təcrübəniz yoxdursa , sizin üçün hazırladığımız məktəb bazarlığı siyahısı ilə özünüz üçün bir alış-veriş siyahısı hazırlaya bilərsiniz . Əlavə olaraq, məktəb üçün alış -veriş edərkən bilməli olduğunuz vacib məqamlar məqaləmizin qalan hissəsində sizi gözləyir.
Məktəb bazarlığı siyahısı
Kağız qələmi çıxarın və bir məktəb bazarlığı siyahısı hazırlamağa başlayın!
1. Çantada nə olmalıdır:
- Kitablar
- Qələm qutusu
- Yapışqan
- Dəftərlər
- Fayl və qovluq
- Rəsm çantası
2. Qələm Qutusunda nə olmalıdır:
3. Qidalanma Ləvazimatları:
- Yemək daşımaq üçün çanta
- Su daşımaq üçün termos və ya su qabı
4. Digər ləvazimatlar:
- Plastilin
- Rəngli karandaşlar
- Flomasterlər
- Rəsm dəftəri
- Rəngli Kağız
- Məktəb çantası
- Qeyd kağızı
- Quru və nəm salfetlər
- Boya
- Kitab altlığı
- Xətkeş
Məktəb üçün bazarlıq edərkən nəzərə alınmalı məqamlar
Məktəb üçün bazarlıq edərkən həm rasional, həm də gəlirli olmaq üçün bilməli olduqlarınızı tərtib etdik. Bunları qeyd etməzdən əvvəl xatırlatmalı olduğumuz bir şey var: ibtidai sinif şagirdləri üçün dəftərxana ləvazimatları əsasən müəllimlər tərəfindən tövsiyə olunur. Uşağınız yeni məktəbə başlayırsa, müəllimin tövsiyələrinə uyğun olaraq dəftər və kitab almağı məsləhət görürük. Eyni zamanda, məktəb bazarlığı zamanı qiymətlərin münasib olduğuna da diqqət yetirmək vacibdir. Sərfəli qiymətlə keyfiyyətli məktəb ləvazimatları tapmaq qarşınızda duran əsas “vəzifədir”!
Bundan əlavə, məktəb üçün bazarlıq edərkən bilməli olduğunuz digər şeylər bunlardır:
- Məktəb və ofis bazarlığına başlamazdan əvvəl etməli olduğunuz ilk şey ehtiyaclarınızı siyahıya salmaqdır. Bu yolla nə alacağınızı unutmayacaqsınız və ehtiyaclarınızdan kənara çıxmayacaqsınız.
- Hər müəllim dərsi üçün xüsusi bir dəftər istəyə bilər, buna görə dəftər mübadiləsi etməyə tələsməyin və məktəblərin açılmasını gözləyin.
- Rəngli qələmlər uşaqların təhsilində həvəsləndirici rol oynayır. Buna görə də, uşağınızın qələm qutusunda bir neçə rəngli qələm və yonan saxladığınızdan əmin olun.
- Pozan seçərkən yumşaq və işarəsiz pozan almağa diqqət edin. İçərisində çoxlu kimyəvi maddələr olduğu üçün qoxulu pozan məhsullarından mümkün qədər uzaq durduğunuzdan əmin olun.
- Məktəb üçün bazarlığ edərkən, uşaqlar arasında da bir tendensiya olduğunu unutmayın. Məktəb çantası, penal, dəftərlər və s. kimi ləvazimatlarda uşağınızın bəyəndiyi və dərhal cansıxıcı olmayacaq əşyaları birlikdə seçməyə diqqət edin.
- Sərfəli qiymətlə məktəb bazarlığı üçün lazım olan bütün dəftərxana məhsullarını Alinino.az saytında tapa bilərsiniz.
Müəllif: Kubra Quliyeva Xalıqova