Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

Morqda dincələn naşir...

 

"Hansısa gözəgörünməz qüvvə məni morqa sürükləyir", - bir dəfə Dikkens belə yazmışdı.

1812-ci il, fevralın 7-də İngiltərədə dünyaya göz açan Çarlzın borc içində itib-batan məmur atası həbs ediləndə o, hələ çox balaca idi.  Çətin keçən həyat şəraiti səbəbindən balaca Çarlz ayaqqabı yağı istehsal edən ağır iyli və ürəkbulandıran, hisli-paslı bir fabrikdə işə başlamağa məcbur oldu.  Beləliklə, balaca Çarlz təhsilini yarıda ataraq  bu miskin fabrikdə gündə 10-12 saat iş müqabilində cəmi altı şillinq almağa razı olur.  Çox güman, bu dövrdə yaşadığı çətinliklər onu sonradan öz əsərlərinin, demək olar ki, hamısında balaca insanın böyük qayğıları mövzusuna toxunmağa, uşaqların taleyindən, problemlərindən yazmağa sövq elədi.

 Məşəqqətli həyat öz qanadları Dikkensin üzərindən yalnız gənc yaşlarında, iyrmi dörd yaşı olarkən çəkilməyə başladı. Yazdığı ilk roman  - "Pikvik klubunun ölümündən sonrakı qeydləri" dünyanın ən çox satılan kitabları arasında yer aldı. Beləliklə, şöhrətin qapıları sonunadək onun üzünə açıldı.

Çarlz Dikkens öz dövrünün ziddiyyətli şəxsiyyətlərindən idi. Baxmayaraq ki tənqidçilər onu qətiyyən sevmirdi və hər zaman qınaq hədəfinə çevirirdilər, bu, onun pərəstişkarlarının sayını heç da azaltmırdı. Əksinə, fanatları öz sevimli yazıçılarını əl üstündə gəzdirməkdən yorulmurdular. Buna əsas səbəb onun zövqünün xalqın zövqü ilə üst-üstə düşməsi idi.

Bir xarakter olaraq fərqli xüsusiyyətlərə sahib olması Dikkensi hər zaman diqqət mərkəzində edərdi. Həddən artıq təmizkarlığı bəzən vasvasılıq həqqinə çatırdı. O, bir gündə dəfələrlə saçını darayar, cümə gününü uğurlu sayar, yatarkən başını hər zaman Şimal istiqamətində qoyar, romanlarının son hissəsini çap etməzdən əvvəl mütləq Londonu tərk edərdi.

Lakin, Dikkensi digərlərindən fərqləndirən ən əsas cəhət onun özünün "iyrəncin cazibəsi" adlandırdığı qeyri-adi hissləri idi. Belə ki XIX əsrin sonlarında öz kimsəsiz meyidləri və iyrənc mühitilə məşhur olan Paris morqu hər zaman Dikkensin marağını çəkirdi. Dikkens bu üfunətli morqa gələrək saatlarla orada vaxt keçirir, meyitlərə, suda batan biçarələr və insanlardan qalan son nişanələrə baxmaqdan zövq alırdı.

Çarlz Dikkens öz romanlarını o dövrün ənənəsinə əsasən,  hissə-hissə, qəzetdə çap etdirirdi.

Onun yaradıcılığı yalnız böyüklər üçün deyil, uşaq ədəbiyyatı üçün də olduqca gözəl, ibrətamiz nümunə hesab edilə bilər (Ətraflı məlumat üçün fotolara klik etməyi unutmayın!):

          

Onun fantastika və realizmin vəhdətindən ibarət olan yaradıcılığı xalqa həddən artıq yaxın olduğundan,  insanlar tərəfindən hər zaman böyük rəğbətlə qarşılanır, əsərlərinin hər hissəsi çap olunarkən minlərlə insanı növbələrdə gözləməyə vadar edərdi. Əbəs yerə deyildi ki, o dövrün əksər yazıçıları Dikkensi “ağır artilleriya ustası” adlandırırdılar.

Dikkens ilk romanının şöhrətindən dərhal sonra ikinci romanını yazır. Bu, “Oliver Tvistin macəraları” əsəridir. Bu əsərində də yazıçı öz ənənəsinə sadiq qalaraq yoxsulların, xüsusən də ehtiyac içində boğulan səfil, balaca uşaqların həyatını əks etdirmişdir.

Dünyaya gələrkən anasını itirən balaca Oliverin çətin və üzücü həyatı hər kəsin ürəyini riqqətə gətirir. Əsər XX əsr ingilis ədəbiyyatında tənqidi realizmin güclü nümunəsi hesab edilir. Həmçinin, Dikkens yaradıcılığından dilimizə tərcümə edilmiş ilk əsər olaraq da diqqətə layiqdir.

1860-cı ildə Dikkens özünün daha bir əsərini – “Böyük ümidlər”i çap etdirir. Əsər yeddi yaşlı Filip Pirripin taleyini göz önünə sərir. Öz bacısı və bacısının əriylə birlikdə yaşayan balaca Filip (Pip) xeyli macəralar və çətinliklərdən keçdikdən sonra öz sevgisinə və xoşbəxt həyatına qovuşa bilir. Əsərdə dostluq, xeyirxahlıq, sədaqət, mürəkkəb insan hisslərinin təsnifatı açıq şəkildə təsvir edilmişdir.

Dikkens yaradıcılığında avtobioqrafik fanra da rast gəlinir. Bu baxımdan "Devid Kepperfild" əsəri səciyyəvi hesab edilə bilər. (Ətraflı məlumat üçün fotolara klik etməyi unutmayın!)

             

 

Bütün əsərləri illərlə ən çox satılan kitablar siyahısında yer alsa da Dikkens yaradıcılığının ən yüksək zirvəsi "İki şəhərin hekayəti" romanı hesab olunur. Əsər 200 milyon nüsxə satılaraq dünya kitab satışının daima yüksək pilləsində yer almağı bacarmışdır. (Ətraflı məlumat üçün fotoya klik etməyi unutmayın!)

Əsərin əsas qəhrəmanları Lüsi Manett və Çarlz Darney iki düş­mən ailənin gəncləridir. Bu düşmənçilik ona gətirib çıxarır ki, Lüsi­nin atası doktor Manett iyirmi il həbsxanada yatır və nəticədə ağlını itirir. Təsadüf elə gətirir ki, Lüsi ilə Çarlz tanış olub bir-birini sevir, evlənirlər.
Həmin vaxt Böyük Fransız İnqilabı yetişmək üzrəydi. 1789-cu ildə Bastiliyanın alınmasıyla inqilab başladı. Fransa qan gölündə üzürdü; inqilab qurban tələb edirdi. Həmin qurbanlardan biri də Çarlz Darney olmalıydı və iş elə gətirdi ki, Çarlz Darney inqilabçıların əlinə keçdi. Artıq sağalıb ağlı başına gəlmiş doktor Manett, Lüsi, ailənin yaxın dostu, qoca bank işçisi mister Lorri gənc Çarlzı xilas etmək üçün əllərindən gələni edirlər. Lakin heç bir nəticə alınmır. Bu yerdə istedadlı vəkil, Lüsini hədsiz dərəcədə sevən, lakin onunla evlənə bilməyən vəkil Sidni Karton işə qarışır. Karton bu işə qarışmaya da bilərdi, lakin qarışdı və öz həyatı bahasına Lüsinin həyat yoldaşını ölümdən xilas etdi…

Dikkens ömrünün iyirmi ilini həftədə bir dəfə nəşr edilən bir qəzetə naşirlik edərək keçirmişdir. Elə şəxsi həyatı da müəyyən mənada nəşriyyatla əlaqədar oldu. 1836-cı ildə o, tanınmış bir qəzet naşirinin (Ketrin Hoqart)  qızıyla ailə qurdu. Lakin, onun həyatının keşməkeşləri bitmək bilmirdi.

1858-ci ildə Dikkens həyat yoldaşından boşanaraq aralarında iyirmi yeddi yaş fərq olan gənc və cazibədar aktrisa Ellen Ternan ilə münasibətə başladı. O, Ellenlə münasibətini maksimum dərəcədə gizli saxlamağa çalışır, görüşlərini müxtəlif bəhanələr uyduraraq gizli məkanlarda təşkil edirdi. Amma Dikkens bir şeyi unudurdu - gözlərdən gizlənmək olardı, lakin fəlakətdən əsla!

   1865-ci ildə məşuqəsilə birgə Fransa səfərindən qayıdarkən qatar qəzaya uğrayır. Sevgilisilə birgə yaxalanmaqdan qorxan Dikkens özü ilə yalnız "Dombi və oğlu” romanının əlyazmasını götürərək qaçıb canını xilas edir.

 Xilas olmasına baxmayaraq, bu qəzada Dikkens xeyli xəsarət almışdı və müalicəsini də davam etdirmək fikrində deyildi. O, eyni zamanda, tez-tez xalq qarşısında çıxışlar edərək xəstəliyinin şiddətini bir qədər də artırırdı. Bütün bunların sayəsində o, insult keçirərək qəzadan düz beş il sonra – 1870-ci ildə vəfat etdi.

 

Charles Dickensin bütün kitablarını "Əli və Nino" kitab mağazalarından, həmçinin www.alinino.az saytından əldə edə bilərsiniz.

 

Müəllif: Lalə Rəhmanova

   

 

 

    

 

Другие публикации