Övladlarınızı asudə vaxtlarında telefondan ayıra bilmirsiz və bu sizi narahat edirsə, bu bloqu onlara göstərin. Uşaqların, demək olar ki, böyük əksəriyyəti plastilinlə oynamaqdan zövq alır. Hətta bəzən böyüklər də bu həvəsi gizlədə bilmirlər. Uşaqların səmərəli əyləncəsini təmin etmək istəyirsizsə, plastilin uğurlu seçimdir. İlk gündən alıcıların rəğbətini qazanmış Play-doh bu baxımdan övladlarınızı düşünmüşdür.

 

Geniş seçimləri və daim fərqlilik axtarışında olan Play-doh plastilinlərinin yeni növlərini Bakıda hardan almaq olar? 

 

Alinino.az onlayn mağazasında mövcud olan PlayDoh-ların ən çox satılanlarını və özəlliklərini təqdim edirik:

 

Play-doh "kitchen" - Aşpazlığa maraq göstərən uşaqlar üçün nəzərdə tutulmuşdur. İçərisində qəliblər olan dəst halında satışdadır. Uşaqlar bu dəst vasitəsilə maraqlı səhər yeməkləri hazırlayaraq öz məharətlərini geniş şəkildə göstərə bilərlər.

 

Play-Doh "Popcorn Party" - dəsti ilə də  bişirmək çox əyləncəli olacaq. Üç vedrə, üç ucluqlu şərbət dispenser, spatula, şirniyyat qəlibi, 2 təlimat kartı, 6 qab modelləşdirmə kütləsi və sökülə bilən bişirmə aparatından ibarət bu böyük bağlamayla popkorn düzəltmək çox maraqlıdır. Övladlarınızı bir araya toplayıb, onlara popkorn şənliyi təşkil etmək əla fikirdir.

 

Play-doh "Kitchen Creations Sizzlin Stovetop" - mətbəx seriyası ilə uşaqlara daha bir töhfə vermiş olub. İçərisində yerləşən bütün ərzaq modelləri çox əlvan və keyfiyyətlidir. Yemək bişirməyi sevən övladlarınızçün çox gözəl hədiyyə olar.

 

Play-doh-un mətbəx kolleksiyası yuxarıda sadaladıqlarımızla bitmir. Xəmir işlərini sevən balacaları da nəzərə alaraq yeni seriyalar təqdim edir.

 

Play-Doh "Konfet fabriki" - övladlarınızın zövqünü formalaşdırması üçün əla seçimdir. Çeşidli şirniyyatların və konfetlərin hazırlanması üçün lazım olan hər şey tərkibində nəzərə alınmışdır. Görünüşü ilə gözoxşayan bu setə daxildir: 5 qutu toksik olmayan oyun xəmiri, xəmir maşını, 5 qutu modelləşdirmə qarışığı və digər aksesuarlar.

 

Play-Doh "Pizza Sobası" ilə pizza hazırlamaq çox əyləncəli olacaq. Yalnız pendirli pizza sevənlərçün "üçqat pendirli oyun xəmiri" və "pendir sürtgəsi" işinizi daha da asanlaşdıracaq. 6 qab xəmir dəstə daxildir.

 

Play-doh "Pizza sobası" vasitəsilə uşaqlarını tamamilə sərbəst buraxın və onların məharətlərini izləyin. Bacarıqlarını ortaya qoymaqçün dəstə yetəri qədər inqrediyent və alətlər daxildir: 5 qutu rəngbərəng plastilin, hərəkətli elementləri olan soba, bəzəmək üçün aqreqat, stol, yayan, taxta, bıçaq, 2 boşqab, 3 vərəq dadlı pizza reseptləri.

 

Play-Doh "Kitchen Creations - Café" ilə əla qəhvələr, desertlər hazırlamaq balacaların sevimli məşğuliyyətinə çevriləcək. Dəstdə lazım olan hər şey nəzərə alınmışdır. 3 yaşdan böyük uşaqlar üçün hazırlanmışdır. 

 

Play-Doh "DELIGHTFUL DONUTS SET" - şirin görünüşüylə diqqət çəkən bu set uşaqların bacarıqlarını ortaya qoymaqları üçün hər şeyi düşünüb. Sevimli şirniyyatlarını və donutslarını hazırlamaq üçün nəzərdə tutulmuş bağlamaya daxildir: qəliblər, qablar və rəngbərəng oyun xəmirləri.

 

Play-doh "Mənim nəhəng dondurma maşınım" - əsrarəngiz gözəlliyi, rəngləri, ölçüsü ilə gözoxşayır. Bu dəst vasitəsilə övladlarınız öz yaradıcı təxəyyüllərini işə salaraq maraqlı dondurmalar hazırlayacaqlar. Bu seriyada onlara geniş fürsətlər yaradılıb. 27 alət, maraqlı qəliblər və yumşaq inqrediyentlərlə əla desertlər hazırlamaq olar. Sifarişləri qəbul etməkçün kassa, dəyişdirilə bilən əyləncəli musiqilərlə dəstin özəlliklərindəndir. Əziz valideynlər, bu seriyada Play-doh sizi də nəzərə alıb. Oynayıb bitirdikdən sonra asan təmizlənir. Ölçüsü 20×64×56 qutuya daxildir: dondurma arabası, 2 dondurma qaşığı qəlib, dondurma sendviç qəlibi, 4 boşqab, 6 konus, dondurma çubuğu qəlibi, 2 dondurma çubuğu, kredit kartı qəlibi, 2 silindr, bəzək üçün alət, plastik bıçaq, 3 plastik qaşıq, təmizləmə fırçası, boş qutu, 12 qutu Play-Doh (ümumi xalis çəki 794 q) və 2 qələm batareyası.

 

Play-doh "Rəngli Dondurma Dükanı" seriyası ilk dondurma dəstidir. Onun vasitəsilə karamelli dondurma hazırlamaq olur. Maşının istifadəsi isə asan və maraqlıdır. 3 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuşdur.

"Kitchen Creations Drizzy Ice Cream" ilə uşaqlarınızın fantaziyaları sərhədsiz olacaq. Onlar istədikləri dondurmaları, yaxud sendviçləri hazırladıqdan sonra vitrində satışa qoya bilərlər. 3 yaşdan yuxarı uşaqlarçün nəzərdə tutulmuş setə daxildir: 6 rəng xəmir, rəngli parçalardan ibarət 2 qutu konfet xəmiri, dondurma əyiricisi, qəlib, çubuq, qaşıq, qab, vafl rulonu.

 

Play-doh-un zəngin seriyaları bu sadalananlarla bitmir. "Hədəfə doğru" , "Mini Dinosaur" , "Chompin 'Monster Truck" , "Kassa" , "CRAZY CUTS STYLIST" seriyaları ən çox sevilən və alınanlardır. Bundan əlavə sadə oyun xəmirlərindən ibarət qablaşdırmalar da ən çox satılanlar sırasındadır. Siz də övladlarınızı sevindirmək və telefondan uzaqlaşdırmaq üçün alternativ axtarışındasızsa, bu təhlükəsiz, yumşaq oyun xəmirlərini almağa tələsin.

 

İllərdir adını brend olaraq qoruyub saxlayan "Play-doh"un saysız dəstləri bunlarla bitmir. Alinino.az saytında bu əlvan, çoxfunksiyalı Play-doh-ları evinizdən çıxmadan sifariş edə bilərsiniz.

 

 Alinino.az onlayn mağazası Azərbaycanda, Bakıda play-doh oyun xəmirlərinin geniş çeşidini sərfəli qiymətlə təqdim edir. Sifariş olunan məhsullar ən qısa zamanda ünvana çatdırılır.