Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

Yeni İl bayramının tarixi

Yeni İl bayramı, dünyanın bir çox bölgələrində qeyd olunan, mövcud ilin son günündən növbəti ilin ilk gününə qədər olan müstəqil və ya dini bir bayramdır. Yeni il bayramının tətil mərasimi və əlamətləri hər bir yerdə fərqli olabilir, amma bu bayram əsasən yeni bir başlanğıcı simvollayır və insanlara yeni bir ilə və ya yaşamaq istiqamətində yeni mərhələlərin başlanmasına dair ümid  verir.

Bu bayramın öz tarixi var. Bəzi fərziyyələrə görə, Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu bayram qədim german və romalılarla bağlıdır. Başqa bir mənbəyə görə  isə Yeni ili bayramla qarşılamaq ənənəsinin əsası eramızdan əvvəl üçüncü minillikdə Mesopotamiyada qoyulub. Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. 

History_of_Celebrating_Christmas_Bible_Story.webp

Yeni ilin yanvarın 1-dən hesab olunması xristianlığın tarixi ilə bağlıdır. Rəvayətə görə, xristian dininin yaradıcısı İsa peyğəmbər dekabrın 24-də anadan olmuşdur. Ona görə də xristianlar bu günü İsa peyğəmbərin doğulması şərəfinə Milad bayramı kimi qeyd edirlər.  Milad bayramını ilk dəfə Roma xristian icmaları keçirmişdir. Bu bayram 431-ci ildə qanuniləşdirilmişdir. Bizim istifadə etdiyimiz təqvim də məhz miladi təqvim adlanır. Bu təqvimə əsasən yeni il yanvarın 1-dən başlanır.

Yeni ilin rəmzləri Şam ağacı və Şaxta babadır. Şaxta babanı müxtəlif ölkələrdə müxtəlif cür adlandırırlar. Bütün hallarda Şaxta baba uşaqların sevimlisidir. Yeni il gecəsində onlar evlərə heç vaxt əliboş gəlmirlər. Torbalarındakı müxtəlif hədiyyələrlə uşaqları sevindirirlər.

Yeni il bayramını al-əlvan, bərli-bəzəkli şam ağacısız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu şam ağacı təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni şam ağacları ilə də keçirmək olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Çoxları şam ağacları bəzəmək ənənəsini də xristian dini ilə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan şam ağacının bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi.

story-3802-768x432.jpg

Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır.

Dekabrın 31-i gecəsi insanlar bayram süfrəsi ətrafında toplaşırlar. Artıq həmişəlik vidalaşdıqları ilin son anlarında həyacanla, böyük sevinclə saat 00.00-ı gözləyirlər. İlin başa çatdığını göstərən saat zənginin təntənəli sədaları altında dünyanın müxtəlif yerlərində insanlar  sağlıqlar söyləyir, yeni ilə , sevdiklərinə arzularını, xoş sözlərini deyirlər,  şampan şərabı ilə dolu qədəhləri toqquşduraraq yeni ildə bir-birinə xoş günlər və sağlamlıq arzulayırlar.

Hindistan, Çində, Böyük Britaniyada və digər ölkələrdə Yeni il bayramı qeyd olunur, lakin mərasimlər və tədbirlər fərqli ola bilər.

Yeni il həmçinin Azərbaycanda da qeyd olunur. Şənliklər keçirilir, uşaqlar Şaxta baba ilə Qar Qızın yolunu gözləyirlər. Doğma insanlarla bir süfrə arxasında əyləşilir və yeni ilin gəlişini səbirsizliklə gözləyirlər.

Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaqdır. 

Yeni ilin bayram kimi qeyd olunma adəti dünya ölkələrində müxtəlif olsa da bu bayramın əsas məqsədi xoş möcüzələr, yeni uğurlar, arzular və xoşbəxtlikdir.

 

Другие публикации