Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

“Əli və Nino” Crescent Mall-da rəngarəng həftəsonu tədbirləri – kitabsevərlər və yaradıcılıq həvəskarları üçün unudulmaz gün!

Yay aylarının ən enerjili günlərindən biri 27 iyulda “Əli və Nino” Crescent Mall filialında baş tutacaq! Həm azyaşlı oxucular, həm də böyüklər üçün nəzərdə tutulmuş görüşlər və yaradıcı fəaliyyətlərlə dolu bir gün sizi gözləyir. Bu tədbirlər ziyarətçilərə həm oxumağı sevdirəcək, həm də əl işləri ilə yadda qalan anlar yaşadacaq.

📘 Günə səhər saat 10:00-da Uşaq Kitab Klubu görüşü ilə başlanacaq. Balaca kitabsevərlərin sevdiyi əsərlər ətrafında söhbətlər, müzakirələr və maraqlı tapşırıqlarla dolu bu görüş uşaqların mütaliəyə marağını artıracaq.

📖 Saat 11:30-da isə rusdilli oxucular üçün “Али и Нино” kitab klubunun görüşü təşkil olunacaq. Müxtəlif janrlarda əsərlər haqqında diskussiyalar və oxucular arasında fikir mübadiləsi bu görüşün əsas hissəsini təşkil edir.

📚 Saat 13:00-da növbə böyüklərin “Əli və Nino” Kitab Klubu görüşünə çatır. İştirakçılar sevdikləri kitabları analiz edəcək, yeni əsərlərlə tanış olacaq və oxucu cəmiyyətinin bir parçası olacaqlar.

🌿 Yaradıcılıq və təbiət sevərləri üçün 14:30-da Terrarium Masterclass keçiriləcək. İştirakçılar öz kiçik şüşə bağçalarını düzəldəcək və bu gözəlliyi evlərinə aparmaq imkanı əldə edəcəklər. (Ödəniş: 30 AZN)

🎨 Günün sonunda, saat 15:30-da isə Dəniz Qabıqları ilə Rəsm master-klası başlayacaq. Burada iştirakçılar dəniz elementləri ilə rəngarəng təsvirlər yaradacaq və hazırladıqları əsəri özləri ilə apara biləcəklər. (Ödəniş: 20 AZN)

📍 Bütün tədbirlər “Əli və Nino” Crescent Mall filialının 4-cü mərtəbəsində keçiriləcək. Maraqlı gün keçirmək, yeni dostlar qazanmaq və yaradıcılıqla dolu anlar yaşamaq istəyən hər kəsi gözləyirik!

📞 Ətraflı məlumat və qeydiyyat üçün: +994 51 716 59 11

Другие публикации