Mən istərdim, burada yüz hekayə olsun. Amma bir kitaba sığmaz deyə, sayını yarıya endirdim.
Bu kitabda hər yazıçıdan bir hekayə var. Demək, bu kitab 50 böyük yazıçının yaradıcılığını dadmağa imkan verir.
Folkner deyirdi ki, hekayə yemək kasasının dibi deməkdir. Başqa kimsə də deyib ki, ən çətini hekayə yazmaqdır.
Böyük romanlar xırda hekayələrdən toplanır. Yaxşı hekayələrdə toyuq yumurtasının içindən cücə yox, ilan çıxır. Burada toplanan hekayələr də sürprizlərlə doludur, tez-tez heyrətləndirir.
Bəzən çox qısa vaxta oxuyub bitirdiyin hekayənin təsiri uzun müddət beyninə hopub qalır. Bu mənada hekayədə effektivlik ölçüyə görə deyil, məzmununa görə dəyərləndirilir.
Yaxşı hekayənin mistikası olmalıdır. O gərək oxucunu tutub saxlasın. Eyni zamanda ritmi, musiqisi duyulmalıdır. Mən ritmi olmayan heç bir yazını oxuya bilmirəm.
Hekayədəki obrazlar çox kəskin xətlərlə fərqlənməlidir. Güclü başlanğıc kimi, gərək son da gözlənilməz olsun. Son zərbə gərək oxucunu nokauta salsın. Təsirli sonluğu olmayan hekayənin dadı tez keçər.
Kitabda müxtəlif ölkələrin yazıçılarının hekayələri toplanıb. Hər birisi fərqli bir mədəniyyətdən danışır. Yaxın qonşulardan ən uzaq ölkələrə qədər.
Ümid edirəm, bu kitab çoxlarının yaradıcılıq ilhamını oyadacaq. Zira fərqliliklər ilham mənbəyidir.
ISBN:
2001371064637
Жанр:
Hekayə
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Количество страниц:
568
язык:
Азербайджанский
Метка:
Bestseller, Ekspress
Отзывы о товаре 5
Çox müxtəlif mövzular əhatə olunub. Hər bir hekayə sanki fərqli həyat dərsidir. Ən çox xatırladığım hekayə isə insan təbiətinin nə qədər mürəkkəb olduğunu göstərən bir epizoddur.
Mənə görə oxumaq çox maraqlı idi. Hekayənin gedişi və personajların inkişafı çox təsirlidir.
Kitabın hər səhifəsi mənim üçün yeni bir dünya açdı. Hekayənin dərinliyi və təsir gücü möhtəşəmdir.
Möhtəşəm hekayyədir. Mütləq oxuyun deyirem.
Səbirsizliklə gözləyirəm.Çox gözəl kitaba oxşuyur.Qiymətidə münasibdi.Təşşəkürlər
Похожие товары
Покупают вместе