Hər şey qolundakı saatına baxa-baxa harasa tələsən qəribə geyimli dovşanla başladı. Dovşanın arxasınca gedən Alisa bir də gözünü açıb gördü ki, qeyri-adi, fantastik bir diyara düşüb. Yeyib-içdiyi hər şey onu ya həddən artıq balaca, ya da div kimi böyük edirdi. Göz yaşlarından yaranmış dənizdə boğulmaqdan güclə qurtulan Alisa gülməli bir çay qonaqlığına gəlib çıxdı, amma onu qarşıda hələ çox macəralar gözləyirdi...
Əsl adı Charles Lutwidge Dodgson olan bu məşhur ingilis yazıçısı bütün dünyada Lewis Carroll (1832-1898) adı ilə tanınır. Oksford Universitetinin pofessoru olan Carroll, 40 ilə yaxın riyaziyyat müəllimi işləyib. Bir gün o, dostunun Alisa adlı qızını əyləndirmək üçün qoşduğu əhvalatları kitab halında toplamaq qərarına gəldi və nəticədə dünya oxucusu ədəbiyyat tarixinin ən maraqlı uşaq romanını tanıdı.
ISBN:
2000923377676
Жанр:
Uşaq Ədəbiyyatı
Издательство:
Parlaq imzalar
Переплёт:
Yumşaq
Автор:
Luis Kerol
Количество страниц:
185
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары
Покупают вместе