Süni intellekt artıq sadəcə mətn yazan və suallara cavab verən proqram deyil. O, elmi araşdırmalara qoşulur; humanoid robotlar fiziki dünyada işləməyi öyrənir; robotlar cərrahlara mürəkkəb əməliyyatlarda kömək edir. Kosmik aparatlar milyonlarla kilometr uzaqda vəziyyəti qiymətləndirib qərar verməyə, avtonom laboratoriyalar isə insanın minimum müdaxiləsi ilə təcrübələr aparmağa doğru gedir. Bir vaxtlar yalnız insan zəkasına aid etdiyimiz öyrənmək, seçmək, qərar vermək və hərəkət etmək qabiliyyəti tədricən maşınlara keçir. Bəs bütün bu texnoloji inqilabın əsasında nə dayanır? Bəli, alqoritmlər! Tomas Kormenin “Alqoritmlərin sirri” kitabı müasir texnologiyanın bu görünməz məntiqini anlamaq istəyənlər üçün yazılıb. Proqramlaşdırmanı və riyaziyyatı bilmirsiniz? Problem yoxdur. Bu gün əsas məsələ hamının proqramçı olması deyil. Əsas məsələ insanın yaşadığı dünyanın hansı prinsiplərlə irəlilədiyini anlamasıdır. İnsan yaratdığı sistemlərin məntiqini anlamadıqca özünün yaratdığı dünyada yadlaşmaq təhlükəsi ilə üz-üzə qalır. Süni intellekt dövründə əsas sual “Maşın nə edə bilər?” deyil. Əsas sual budur: insan yaratdığı maşının necə işlədiyini anlayırmı? “Alqoritmlərin sirri” yalnız kompüter elmləri haqda kitab deyil. O, müasir dünyanın məntiqini anlamağa, gələcəyin təkcə istehlakçısı yox, həm də yaradıcılarından biri olmağa çağırışdır. Alqoritmləri anlamaq gələcəyin dilini anlamaqdır.
ISBN:
9789952599510
Жанр:
Elm
Издательство:
Teas Press Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Tomas Kormen
Количество страниц:
244
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары