Əziz anam! Sənin bətnin 9 ay mənə isti "yuva" oldu. Sənin sevginlə böyüdüm, ürək döyüntülərini dinləyərək yuxuya getdim. Həyatımın ən möcüzəli macərasının sonunda sənin qucağında dünyaya göz açdım. Bax, bu da mən. Dünyaya qədəm qoydum. Ancaq sənin gözlərində sevinclə yanaşı, həyəcan da gördüm. Məni necə böyüdəcəyini, necə yatıracağını, hansı ayda mənə necə baxacağını dəqiqliklə bilmədiyin üçün sanki bir az narahatsan. Bir yerə gedəndə mənə əziyyət verməkdən qorxursan, hətta atam məni qucağına alanda da narahat olursan. Bilirsənmi, anacan, məni yaxından tanıdıqca bu narahatlığına da son qoyulacaq. Vaxt keçdikcə dilimi öyrənəcək, məni başa düşəcəksən. Bunun üçün isə mənim necə inkişaf etdiyimi bilməyin lazımdır. Bax, özümü sənə buna görə təqdim edib tanıdıram. İstəyirəm ki, məni elə öz cümlələrimlə, öz sözlərimlə tanıyasan. Həyatımın ilk ilində necə görünürəm, nələri edə bilirəm, nələri xoşlayıram, hansı oyunları oynamağı sevirəm, sağlam böyüməyim üçün nələrə ehtiyacım var?
ISBN:
9789952515077
Жанр:
Ailə
Издательство:
Teas Press
Переплёт:
Yumşaq
Автор:
Hatice Kübra Tonqar
Количество страниц:
265
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары
Покупают вместе