Azadlığın şirinliyinin fərqinə varmaq üçün onu itirmək la¬zım imiş. Dəbdəbəli paltarlar, güllər və gözəl əşyalarla əhatə olunmuşdum, amma qəbrimə aparılsaydım, bundan yaxşı olardı. Bildiyim yeganə şey bu idi ki, qayıtmaq istəmirdim. Qa¬yıda bilməzdim. Ağıllı olmağa, hər şeyi dərindən düşünməyə, ortadan yox olmağa ehtiyac yox idi. Azadlıq bədənimin başa düşdüyü yeganə şey idi.
Gecənin qaranlığında on iki yaşlı Homer anası və balaca bacısı Eyda ilə birlikdə Cənub torpaqlarındakı plantasiyadan qaçarkən anasını tuturlar. Lakin Homer artıq qayıda bilməz. İndi o, bacısı ilə birlikdə onları axtaran ağalarından xilas olmalıdır. Bacı-qardaş ağlasığmaz, sirli və həm də təhlükəli yollardan keçərək azadlığa qovuşmağa can atırlar.
“AZAD VADİ” təkcə azadlıq mübarizəsi, dostluq, fədakarlıq haqqında hekayə deyil. Bu kitab tarixdə kölələrin hüquqsuzluğu, onlara qarşı təcavüz, işgəncə, zorakılıq haqqında məlumat mənbəyi də sayıla bilər. Əsərin təsir gücünü və dəyərini artıran cəhətlərdən biri də vaxtilə həyatı bahasına köləlikdən qurtulmağa çalışan insanların yaratdığı marun icmalarının tarixindən ilhamlanaraq yazılmasıdır.
“AZAD VADİ”nin qəhrəmanlarını tanıdıqca hər cür faciə və əziyyətə rəğmən azadlıq və xoşbəxtlik uğrunda savaşmağın mümkünlüyünə əmin olacaqsınız.
ISBN:
9789952558418
Жанр:
Roman
Издательство:
Qədim Qala
Переплёт:
Мягкий
Автор:
Amina Lukman- Douson
Количество страниц:
375
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары