Kitabda Azərbaycanın qədim və etnik xalq folklor nümunələrinin inciləri - nağıllar toplanmışdır. Bu nağıllar şifahi xalq ədəbiyyatımızın ən maraqlı nümunələri olmaqla yanaşı, hər bir uşağın mütləq oxumalı olduğu bədii nümunələrdir. Nağıllar uşaqların bədii təfəkkürünü, zehni inkişafını, dünyagörüşünü formalaşdırmaqla yanaşı, onlarda dostluq, mehribanlıq, xeyirxahlıq, mərdlik, vətənpərvərlik, sevgi və s. kimi önəmli hisslərin formalaşmasında əhəmiyyətli rol oynayır.
Kitabın içindəkilər:
Cırtdan, Göyçək Fatma, Təpəgöz, Məlikməmməd, Tənbəl Əhməd, Zəngi, Nar qızı, Əliyarla dovşan, Quru kəllə, Ovçu Pirimin nağılı, Vəfalı at, Axvay, Zəmanənin hökmü, Yoxsul qocayla vəzir, Sehrli üzük, Badşah və dəmirçi, Şəngülüm - Şüngülüm - Məngülüm, Loğman, Ağıllı qız, Taxta qılınc, Oxxayla Əhməd, Naşükür qız, Pinəçi Məhəmməd, Cik-Cik xanım, Yuxu, Çıraqlı İsa, Yaxşılığa yaxşılıq, Qızıl qoç.