"Bahadır və Sona" romanı öz millətini istəyən müsəlman tələbə Bahadır ilə təhsil görmüş, ağıllı, öz xalqını sevən erməni Sonanın sevgisi haqqındadır. Yazıçı romanda din, millət, mədəniyyət, mətbuat, ailə və s. məsələlərə münasibət bildirmişdir. Sevgi əhvalatı faciədə bir ədəbi vasitə olsa da, yazıçının əsas ideyası millət, vətən qayğısı, ictimai tələblər, mövhumatçılıq, müsəlman qadınlarının savadsızlığı kimi məsələlər idi. Bahadır və Sonanın bədbəxt taleyi ictimai həyatın faciəsi idi. Burada iki gəncin nakam məhəbbəti ictimai fəlakətlərin mənbəyi olan burjua-mülkədar qayda-qanunları, ruhani cəhaləti fonunda qələmə alınmışdır. Məhz bu cəhətdən yazıçının faciədə verdiyi hadisələr uydurma və ya sadəcə təxəyyülün məhsulu deyil, tarixi bir həqiqət idi.
ISBN:
9789952380729
Жанр:
Klassika
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Nəriman Nərimanov
Количество страниц:
80
язык:
Азербайджанский
Серия:
Mini Klassika
Метка:
Ekspress
Отзывы о товаре 2
Mən Nəriman Nərimanovun "Bahadır və Sona" əsərini çox bəyəndim. Çünki əsər hansısa təxəyyülun uydurması deyil. Tarixi faktlar əsasında yazılmış faciyəvi məhəbbət hekayəsidir.
Elə bunlardan doğulanlar satdı bizi!
Похожие товары
Покупают вместе