Bu kitab yazılarkən birinci və ikinci Qarabağ savaşında iştirak edənlərin, habelə həlak olanların yaxınlarının söylədiklərindən, mətbuatda və internet resurslarında gedən məlumatlardan geniş istifadə edilmişdir. Qarabağ savaşında baş vermiş hadisələr kitabda bədii şəkildə təsvir olunmuşdur.
Lakin kitab bu günə deyil, sabaha, biri günə nəzərdə tutulmuşdur. Kim deyə bilər ki, sabah və yaxud biri gün nələr ola bilər? Cəbrayılı, Hadrutu, Laçını, Şuşanı ... sabah hansı şəhərlər əvəz edə bilər? Bəlkə onları Xankəndi, Ağdərə, Əsgəran, Xocalı, hətta Göyçə, Zəngəzur, Vedibasar, Pəmbək, İrəvan ... əvəz edəcək?
ISBN:
2000044097965
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Şahbaz Xəliloğlu
Количество страниц:
264
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 3
Oxuduqca inana bilmirdim, amma inana bilmədiklərimi millətimiz yaşamışdı. Cavan qızlar, analar, igid oğullar nə açılar çəkmiş, nə işkəncələr görüb. Oxuduqca çox təsirləndim.
Oxuduğum ən ağrılı kitabdır.Nə qədər ağır olsada oxumağı özümə borc bildim.Oxuduqca dəhşətə gəldim.Müharibə zamanı baş verənlər,ermənilərin xalqımızın başına gətirdiyi faciələri sakit formada oxumaq mümkün deyildi.
Cox agir eserdi,amma ne qeder agir olsa da bitirdim kitabi.Heqiqeten xalqimizin basina gelen musibetler,insanlara qarsi edilen isgenceler ureyimi agridir.Yaxsi ki,qeleme alinib,qoy butun gelen yeni nesiller ermenilerin necede vehsi bir millet oldugunu,onlarin her zaman bizim torpagimizda gozu olan bir xalq oldugunu bilsinler.Cunki ermenilerin her zaman,en qedim zamandan bu gune kimi bizim torpaqlarimizda gozu olub.
Похожие товары