Səmimi hislərlə yazılmış bu kitab xaotik fikirlər aləmində sənə səni həm azdıran, həm də müşayiət edən bir dost olacaq. Uşaqlıq, yeniyetməlik, məktəb illəri, ailə, saf sevgi və əsgərlik - keçmişdən və indidən qırıntılar, gələcək isə naməlum bir səhifədir. Başa düşməyə çalışma, sadəcə sətirləri öz əsarətinə almış xaosla rəqs et və sonda azadlığa qovuşacaqsan.
Kitab əsgərlikdə olan ali təhsilli bir insanın yaşadığı psixoloji halları əks etdirir. İlk öncə adi hekayə, roman kimi başlayır. Yavaş-yavaş bəlli olur ki, bu əslində başlanğıcda vəd olunan hekayə deyil, fərqli mühitdə özünü, kimliyini itirməməyə çalışan bir gəncin gündəliromanyidir.