Kitabda Azərbaycan Cümhuriyyəti və Azərbaycan siyasi mühacirəti ilə bağlı ilk dəfə üzə çıxarılan materiallar toplanıb. Bu materiallar müəllifin Türkiyənin İstanbul, Ankara, İzmir şəhərlərindəki kitabxanalarda, arxivlərdə çalışması nəticəsində əldə edilib, bəziləri isə ayrı-ayrı kolleksionerlərdən satın alınıb.
Burada oxucular Azərbaycan Cümhuriyyətinin hökumət və parlament üzvlərinin, eləcə də bolşevik işğalı nəticəsində qürbətdə yaşamağa məcbur olan digər ictimai-siyasi xadimlərin mühacirət həyatı ilə bağlı yeni məlumatlarla, Məhəmmədəmin Rəsulzadə, Məhəmmədsadıq Aran, Əhməd Həmdi Qaraağazadə, Xəlil bəy Xasməhəmməd, Miryaqub Mirmehdizadə, Abbasqulu Kazımzadə, Mirzəbala Məhəmmədzadə, Xosrov Sultanzadə, Məhəmməd Altunbay və başqaları haqqında maraqlı məqalələrlə tanış olacaqlar.
İstanbulda yerləşən, Cümhuriyyət xadimlərinin əksəriyyətinin dəfn olunduğu Fəriköy İslam məzarlığı haqda məlumatlar, orada dəfn edilən azərbaycanlı mühacirlərin siyahısı, onlar barədə unikal bilgilər ilk dəfə işıq üzü görür. Kitabda müəllifin mühacirlərin ailə üzvlərindən aldığı müsahibələr də yer alır. Təqdim olunan fotoşəkillərin əksəriyyəti müəllifin şəxsi kolleksiyasındandır
ISBN:
9789952310474
Жанр:
Tarix
Издательство:
Teas Press
Переплёт:
Yumşaq
Автор:
Dilqəm Əhməd
Количество страниц:
232
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 1
Bu kitabı oxumaq mənim üçün çox faydalı oldu. Azərbaycanımızın qurucuları haqqında məlumatları oyrənd. O dövrün tarixi və siyasi hadisələri çox detallı və maraqlı şəkildə təqdim edilmişdi.
Похожие товары
Покупают вместе