Roman kasıb və namuslu mətbəə işçisi – Kərəmin həyatından bəhs edir. Qazandığı az maaşın hamısını ailəsinə xərcləyən Kərəm günlərin birində təsadüfən bir tikintidən içində bir milyon dollar olan çanta tapır.
Hər şey də elə bundan sonra başlayır.
Bəs böyük pul özü ilə böyük xoşbəxtlik gətirirmi?
Qaraqanın "Bir milyon dollarım olsaydı..." romanında biz bu sualın cavabını aydın şəkildə görmüş oluruq.
ISBN:
9789952385007
Жанр:
Roman
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Qaraqan
Количество страниц:
200
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 13
Telman
30.04.2024 в 22:11
Yazılan rəylərə məndə qoşuluram, həqiqətən mükəmməl əsərdir.
Əminə
09.04.2024 в 02:17
qaraqanın ilk oxuduğum kitabdır
Zümrüd
05.04.2024 в 14:17
Göstərdiyiniz xidmətə görə təşəkkür edirəm. Kitabı əlimə alan kimi oxumağa başladım. Həqiqətən çox maraqlıdır, oxumağa dəyər. 👍👍👍👍
Səid
10.03.2024 в 22:43
Qaraqanın yazıları, insanın ruhunu dəyişdirir. Onun kitabları, həyatın ən dərin məsələlərini müzakirə etməyə kömək edir.
Etibar Əli
05.03.2024 в 19:30
Hər zaman belə çalışın. Mükəmməlsiniz.
Sevinc
12.01.2024 в 16:21
Romanin qəhrəmanı olan "Kərəmin" in həyatinı oxuyandan sonra bir daha əmin oldumki, böyük pullar hecdə böyük xoşbətlik gətirmir.
Inci
07.10.2023 в 14:44
Mən Qaraqanın '' ikinci addım" ını oxumuşdum maraqlı olmuşdu. Bu kitabını da ona güvənərək aldım. Hal hazırda əlimdədir oxuyura. Bu dəfə də seçimdə yanılmamışam.
.
Bulud
13.08.2023 в 01:39
Çox gözəldi amma sonu pisdi
Nihad
22.07.2023 в 08:53
Elxan Zeynallı’nın bir çox uğurlu əsəri olmasına baxmayaraq bu aralarında ən sıxılaraq oxuduğum oldu.Hekayə bir müddət sonra çox özünü təkrar etməyə başlayır və sıxıcı hal alır,eləcə də baş xarakterin verdiyi qərarların məntiqsizliyi də oxucunun əsəblərini korlayır.Ümumi olaraq danışdığı hekayə maraqlı olsa da,daha yaxşı formada yazıla bilərdi.
İlahə Vəliyeva
29.06.2023 в 12:30
Məncə bu kitabı hər kəs oxumalıdır.Hətta deyərdim ki, oxuduqca fikirlərim bir başqa dəyişdi.Cox faydalı əsərdir.Özün götür xidmətiniz də supermis.Koroglu magazanızdan götürdüm.Daha özün götürdən də tez tez istifadə edəcəm.👍👍👍👍
Sənan
25.05.2023 в 17:34
Əla
Sənubər
29.03.2023 в 18:30
Həyatın içindən götürülmüş maraqlı bir əsərdir.Hadisələr o qədər təbii və real təsvir edilib ki,özümü yaşananların mərkəzində hiss edərək oxudum.Oxumağa,faydalanmağa dəyər
Murad Hüseynzadə
23.03.2023 в 21:56
Elxan Zeynallının bu kimi kitablarını rəylərlə yox, oxumaqla anlamaq lazımdır. Kərəm kimi yazıq bir kişinin, qazandığı halal pulu Firuzə kimisinin yeməsi mənə çox pis təsir etdi. Sovet rejimiylə böyümüş mədəniyyətli bu insan, pulları götürməsəydi, bəlkə də kasıb ama xoşbəxt bir həyat sürərdi. Qısacası "Bir Milyon Dollarım Olsaydı" əsərini oxuyun. Oxuyun, təşəkkür edəcəksiniz:)