BİR OYUNUN İÇİNDƏYİKMİ? Yox, bu sadəcə bir oyun deyil. Bu, geri dönüşü olmayan bir macəradır. Qardaşın itsə, dərhal onu axtarmağa başlayarsan. Bəs o, kompüter oyununun içinə girsə, nə edərsən? Nil bir oyunun içində itən qardaşı Alpı tapmaq üçün hərəkətə keçərkən ardınca gələn iti QoFreta güvənməli olur. Amma bu sadə bir axtarış deyil! Bu oyuna fantastik qəsəbə, talelərlə dolu bir hotel, yığılacaq əşyalar və KİLİDLİ QƏSRDƏ YAŞAYAN TƏHLÜKƏLİ ŞƏHZADƏ daxildir. Bu qəribə dünyada yol tapmaq asandırmı? Heç də deyil! Çünki bəzi qapılar almazlarla açılır, bəzi varlıqlar kitab külü ilə qidalanır, bəzi böyürtkənlərin içindən quyruqlu qurbağalar çıxır. Və bəlkə də bu oyun “Kiberhücum” altındadır! Bu kitab dostluq, ekran asılılığı, kitabların dəyəri və heyvan sevgisi kimi mövzuları əhatə edir. Qofretin pəncələri ilə rəhbərlik etdiyi bu səyahətdə həyəcan, cəsarət, sirlər və macəra bir araya gəlir!
ISBN:
9789952839104
Жанр:
Uşaqlar üçün bədii ədəbiyyat
Издательство:
Ağıllı Bala Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Nehir Aydın Gökduman
Количество страниц:
144
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары