Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина
−15%

Bitməyən tablo

Издательство: Qanun Nəşriyyatı
Автор: Bəhruz Dadaşov
Артикул: 9789952366365
Единица измерения: шт
5.94 AZN
6.99 AZN
Экономия 1.05 AZN
Специальная онлайн-цена
Нет в наличии
Sən hər yana baxanda məni xatırlayacaqsan. Güllərə, evin divarlarına, hətta güzgüdə özünə baxanda belə. Dərindən nəfəs alıb məni gözəlliklə anacaqsan. Mən hər zaman səninlə olacağam. Məni anarkən ruhun dincələcək. Rahatlanıb arxaya yaslananda başın çiynimdə olacaq. Sən bunu hiss edəcək və məni görməyəcəksən. Amma mən səni tək buraxmayacağam, çünki mələklər sevdiklərini heç zaman yalnız qoymur. Sənin mənə verdiyin bir söz var: “Sən daim xoşbəxt olacaqsan”.
Bir gün mənə dedilər ki, sən gözəl rəssam olmaqla yanaşı, gözəl yazıçı da ola bilərsən. Çünki sənin geniş düşün­cələrin, həyata fərqli baxışın, gözəl və təmiz qəlbin var. Mən də inandım. Bu sevgi romanını, dramı yazacaq qədər güclü biri olmağa çalışdım. Çalışdım ki, örnək olacaq bir əsər yazım. Yazmaq xatirinə yazmadım, yaşatmaq xatirinə yazdım. Yazarkən bu sevgi hekayəsi də, elə mən özüm də bitmişdim. Həm sevən gənc qız, həm təcavüzə məruz qalan köməksiz bir qadın oldum, həm onları o qadına yaşadan, puluna güvənən vəzifəli “insan”, həm romantika, sevgi, qadına hörmət, ehtiras, gözəllik yaradarkən tükənən bir rəssam oldum. Bəzən gecədən səhərə kimi yazacaq qədər həvəsli, bəzən isə yazdıqlarımdan üzülərək depressiyaya düşüb aylarca yazmayacaq qədər həvəssiz oldum. Mən həm mən, həm də məndən oldum. Sadəcə reallığı, müasir dövrümüzün reallığını yazdım. “Sevgi yoxdur” deyənlərə, “var!”, sevginin var olduğuna inanan insanlara isə sevməklə sevgi var deməməyi, onu qorumağı bir tövsiyə olaraq yazdım. Oxuyacağın bu romanı bu gün – on beş may tarixində bitirdiyim zaman çox gücsüz və yorğun idim. Yazıçı kimi ilk qələm təcrübəmi, işimi bitirmişdim. Çox həyəcanlı, halsız və yuxusuz idim. Çünki sevgimi, istəyimi, gücümü, enerjimi ortaya qoymuşdum. Bir oxucu kimi o qədər həvəsli idim ki, yazdığımı özüm də oxumaq istədim. Oxudum da... Məncə oxumağa dəyər, bacardığımdan da artıq gözəl bir tablo, rəsm əsəri, oxuduqca düşüncələrdə qalacaq bir film çəkməyi bacara bildiyimi düşünürəm. Bu romanı oxuyan hər kəs, istər qadın istərsə də kişi, hər kəs özünü bu “Bitməyən Tablo”nun bir cizgisində mütləq tapacaq. Siz belə, əziz və hörmətli oxucum...
ISBN:
9789952366365
Жанр:
Müasir nəsr
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Bəhruz Dadaşov
Количество страниц:
240
язык:
Азербайджанский
Метка:
Ekspress
Вес, гр:
300
Наличие товара:
есть в наличии
Отзывы о товаре 12
EL
Elvin

İki günə oxudum.Oxuduqdan sonra kitabı evdə görünən bir yerə qoymuşam.Roman insanı özünə o qədər çəkib ki hətta evdə hərəkət edərkən gözümü kitabdan çəkə belə bilmirəm.Gözəl bir film yaratmaq olar.Mükəmməl!!!

Hüseyn
Kitabın süjeti çox maraqlı və təsirli idi. Müəllifin yazı üslubu və hekayə xətti məni dərhal özünə çəkdi. 👍👍👍👍
YA
Yaşar
Çox maraqlı və oxunulası kitabdır.
YA
Yaşar
Oxunulası kitabdır👍
SA
Savelya
Salam.Kitabi bu yaxinlarda Azerbaycandan gelen dostlarim mene hediyye etdiler,1hefteye oxudum mohteşəmdi.Çox bəyəndim təsirindən çıxmaq Bir Az çətin olsada amma xoşdu.

Savelya Astraxan
Rəyiniz üçün sizə təşəkkür edirik!
alinino.az, 22.01.2020 в 10:19
5 / 5
5 звёзд 9 4 звезды 0 3 звезды 0 2 звезды 0 1 звезда 0 Без оценки 3
Похожие товары
12.26 AZN 12.90 AZN
Art və xaos
шт
Покупают вместе
2.97 AZN 3.49 AZN
Tarixi miniatürlər
шт
7.99 AZN 9.99 AZN
Susa bilmirəm
шт
7.99 AZN 9.99 AZN
Dəniz canavarı
шт
5.59 AZN 6.99 AZN
Yevgeni Onegin
шт
4.24 AZN 4.99 AZN
Sahibin uşaqlığı
шт
2.97 AZN 3.49 AZN
Özüm haqqında xatirə
шт