Hər həyatın bütün önəm və gerçəkliyi sonsuz saydakı saniyələrin hansısa birində gizlidir. Hər birimizin özümüzə xas və önəmli, az sayda saniyələri var. Rəvan həyatıma sıradan bir günümün almaz qədər qiymətli anında gəldi. Gəlişi o qədər gözlənilməz və heyrətamiz idi ki, buna nəinki mən, eləcə də ətrafımdakı insanlar inana bilmədilər. Dediyim sözlərə gülüb keçənlər bir yana qalsın, hətta məni dəli hesab edənlər oldu. Yıxılmaq bəzən o qədər cazibəli gəlirdi ki, bir addım daha atmağı əzab bilirdim. Ancaq içimdə yanan eşqin atəşi dizlərimə güc, qollarıma qüvvət verib ruhuma sonsuzluq üfürürdü. Onu yenidən görə bilmək üçün çıxdığım bu uzun və məşəqqətli yol mənə bu dünyanın kiçik qəfəs, qaranlıq həbsxana olduğunu göstərdi. Yaradana sığınıb içimdəki imanı yoluma fənər tutdum. Əlimdə ruhumun iztirabından və qəlbimdəki tükənməz məhəbbətdən başqa heç nə yox idi. Madam ki hər şey yanılsama və inam məsələsidir, o halda hər şeyi sənin öhdəliyinə buraxıram. Onun həyatıma gəlişi kimi mənim bu həyatdan gedişim də bir möcüzədir. Bəs sən necə? Sən mənə inanırsan?
ISBN:
9789952852370
Жанр:
Roman
Издательство:
Mayak Nəşriyyatı
Переплёт:
Мягкий
Автор:
Məsudə Cabbar
язык:
Азербайджанский
Метка:
Ekspress
Вес, гр:
200
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары