DƏRK ETDİM romanı yaşanmış həqiqətlərdən bəhs edir.
Bu formada yazılan kitablar insan beyninə fərqli şəkildə təsir edən romanlardan biridir.
Ədəbiyyatın “müalicəvi” xüsusiyyətini əsas tutan elm adamları bu kimi romanların insan beynini inkişaf etdirdiyini, xarakteri dəyişdiyini və ünsiyyət qurmağı asanlaşdırdığını bildiriblər.
Məhz elə bu Romanın qəhrəmanı Murad yuxarıda qeyd etdiklərimi tam özündə əks etdirir.
Bu kimi roman qəhrəmanları ilə təmas insanın həm xəyal dünyasını zənginləşdirir, həm də sosial əlaqələri gücləndirir.
Gənclərimiz üçün örnək ola biləcək qəhrəman özünü kəşf etməyi bacarır. Həmçinin karyerasında öz uğurlarına imza atır.
Əlbəttə hamı kimi oda həyatda müəyyən çətinliklərlə üzləşir. Amma Murad bu çətinliklərə baxmayaraq inamı, istəyi nəticəsində bütün baş verənlərin öhdəsindən ağıllıca gələrək uğur qazanmağı bacarır.
Həyatın həqiqətlərini və daxilinizdəki özünüzü bu kitabda tapmağınız daha asan olacaq.
Sizə uğurlar arzulayıram!