Yaddaşa sığınmaqdan başqa yolumuz yoxdur, biz itirdiklərimizi ancaq orda tapa bilərik. Yer üzü də bizim indimizi – bu günümüzü tanımaq istəmir, neynirsən elə, tanımayacaq da, çünki onun yaddaşında bizim bu günümüz yox, minilliklərimiz yaşayır. “Göz gördüyündən qorxar”, bu minilliklər onu hələ də qorxudur, yaddaşını incidir, bizə qarşı olan münasibətləri də bu hisslərin üzərində bərqərardır. Bunu bilməmiz lazımdır. Bu gün O, bizim çaşdığımız anı gözləyir, hələlik ona görə gəl, deyir ki, özünə oxşatsın, oxşada bilməsə qapısının ağzında təhqir etsin, biz də bir ağızdan səs-səsə verək, inandıraq... deyək ki, yo-ooxx, biz min il bundan qabaqkı türklər deyilik! Yer üzü bunu, bu səsi məmnuniyyətlə eşitmək istəyir... Bizimsə, dediyim kimi, özümüzə sığınmaqdan, yaddaşımızı tədqiq etməkdən, araşdırmaqdan, öyrənməkdən başqa çarəmiz yoxdur.
ISBN:
2001270804631
Жанр:
Roman
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Mövlud Süleymanlı
Количество страниц:
256
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары
Покупают вместе