"Dəyirman" kitabında Səbahəddin Əlinin ötən əsrin başlanğıcında türk jurnallarında
çap olunan hekayələri toplanıb. Yazıçı “həyatın dibinə” yuvarla-
nan insanların təzadlı aləmini məharətlə açır. Rəngarəng obrazlar
oxucuyla dialoqa girir. Daxili tənhalıq yaşayanlar, haqsızlıqla üz-
üzə qalanlar, dərdinə çarə tapa bilməyənlər, ruhi sarsıntı keçirən-
lər, özünü unudanlar... Hər bir hekayədən bir tale boylanır.
Azərbaycanlı oxucular Səbahəddin Əlini hələ sovet dövründə
məşhur olan “Xəz paltolu madonna” romanı ilə tanıyırlar.