Bir gün dostu ilə Paris küçələrində gəzişərkən meydana toplaşmış böyük bir izdiham Viktor Hüqonun diqqətini çəkir. Yaxınlaşdıqda bir müttəhimin edam olunduğunu görən yazıçı bu hadisədən çox təsirlənir və dərhal oradan uzaqlaşır. Məhz gördüyü bu sarsıdıcı mənzərə nəticəsində “Edama məhkumun son günü” əsərini qələmə alır. İyirmi yeddi yaşında yazdığı bu romanda Hüqo adsız qəhrəmanın dilindən edam hökmünün bir insana necə təsir etdiyini olduqca mükəmməl bir dillə təsvir edir. Öləcəyini bilən bir insan hansı hissləri keçirə bilər? Bu çətin sualın altından, yəqin ki, ancaq Hüqo kimi dahi yazıçı qalxa bilərdi. “Edama məhkumun son günü” romanını “Səfillər” kimi nəhəng bir əsərin uvertürası da hesab etmək olar. Əsərin mühüm özəlliklərindən biri də dünya ədəbiyyatında təhkiyəsi birinci şəxs əvəzliyində olan, daxili monoloq şəklində deyilən ilk roman olmasıdır. Əgər bu gün dünyanın əksər ölkələrində edam hökmü ləğv olunubsa, bunda mütləq Hüqonun payı vardır.
ISBN:
9789952525380
Жанр:
Klassika
Издательство:
Parlaq İmzalar
Переплёт:
Yumşaq
Автор:
Viktor Hüqo
Количество страниц:
188
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 1
2variantda satisa cixarmisiz 144 ve 188sehife ferqleri nedir???
Salam. Kitabların həcmi və şrift həcmi baxımından fərqlənir. Mətnlərdə fərqlilik yoxdur.
alinino.az, 02.11.2021 в 11:02
Похожие товары
Покупают вместе