Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина
−15%

Etiraflar vadisi

Издательство: Teas Press
Автор: Çingiz Abdullayev
Артикул: 9789952310443
Купили менее 20 раз
Единица измерения: шт
6.80 AZN
8 AZN
Экономия 1.20 AZN
Специальная онлайн-цена
Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Etiraflar vadisi" əsərində hadisələr İndoneziyanın ekzotik bir adasında baş verir. Cəngəllikdə kərgədan ovuna çıxan dostlar hər şeyi diqqətlə nəzərə almışdı.
В наличии3
Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Etiraflar vadisi" əsərində hadisələr İndoneziyanın ekzotik bir adasında baş verir. Cəngəllikdə kərgədan ovuna çıxan dostlar hər şeyi diqqətlə nəzərə almışdı. Qeyri-adi heç nə ola bilməzdi. Bir neçə imkanlı səyyah tam hazırlıqlı vəziyyətdə Kalimantan adasına yola düşmüşdü. Bələdçilər peşəkar idi. Marşrutu təcrübəli ovçular yoxlamışdı. Artıqlaması ilə silah vardı. Amma həmişə olduğu kimi, işə mane olan insan faktoru da vardı. Qrupa bir qatil də qoşulmuşdu. Bu da nəticə - biri kürəyindən aldığı bıçaq yarasından ölmüş, digəri zəhərlənmiş, üçüncüsü də güllə ilə vurulmuşdu. Səyyahlardan biri - Roman Lompadov isə möcüzə nəticəsində sağ qalmışdı. Gerçəklər üzə çıxdıqca o, heyrətini gizlədə bilmirdi... Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. "...Həmin il banditlər tökülüşüb üstümüzə gəldi. Biznesimizi əlimizdən almaq istəyirdilər. Çətin zəmanə idi. Özümüzə başqa banda tutmağa məcbur olduq. Onlara böyük pullar ödədik. Sonra obyektlərimizi yoxlamaq üçün müfəttişlər gəldi. Onlara pul təklif elədik, ancaq axıra qədər sıxıb suyumuzu çıxarmaq əmri almışdılar. İşi belə görəndə müfəttişləri sadəcə aradan götürdük. Onların ardınca prokurorluq və FTX əməkdaşları peyda oldu. Bu adamlarla dil tapmaq çox çətin idi, amma bacardıq. Onların generallarının birinə pul ötürə bildik. Yoxlamanı burmağa başladılar. General çox acgöz çıxdı, elə hey pul tələb edirdi. Onun bu hərəkəti bizi boğaza yığdı, maşınında partlatdıq getdi. Sonra onun ölümü ilə bağlı istintaqın şəxsən prezidentin nəzarətində olduğunu öyrəndik. Qətli törədən killer isə sevgilisi ilə Yunanıstana qaçdı. Nəsə bir tədbir görmək lazım idi. Üç ən yaxşı "sənətkarı" ora göndərdik. Ondan sonra killerlə sevgilisi barədə heç kəs heç nə eşitmədi. Dörd-beş ildən sonra onların qalıqlarını kirayə götürdükləri villanın yaxınlığından tapdılar..."
ISBN:
9789952310443
Жанр:
Detektiv
Издательство:
Teas Press
Переплёт:
Мягкий
Автор:
Çingiz Abdullayev
Количество страниц:
256
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 5
ÜC
Ülviyyə Cəfərova
16.11.2024 в 19:35

Detektiv janrında belə ustalıqla yazılmış kitab oxumaq çox xoş idi. Yazıçının üslubu sadə, amma təsirlidir.

Qəmər
27.07.2024 в 20:14
Çingiz Abdullayevin yazı üslubu çox axıcıdır. Kitabın hər səhifəsi məni heyran etdi.
RA
Ramilə
24.05.2024 в 11:16
Abdullayev çox yaxşı yazıçıdır. Əsərləri insanı özünə çəkir və hər kəsə tövsiyə edirəm.
CB
Cavid Babayev
21.04.2024 в 22:35
Əsər həyatın reallığı və insanın mübarizəsi ilə bağlı olduqca təsirli idi. Abdullayevin yazı üslubu məni həmişə cəlb edir.
RS
Rəvan Səlimov
10.02.2024 в 19:50
Çingiz Abdullayevin əsərləri, müxtəlif məsələləri düşünməyə və fərqli perspektivlərdə düşünməyə səbəb olan dərin təfəkkürlərlə doludur.
5 / 5
5 звёзд 5 4 звезды 0 3 звезды 0 2 звезды 0 1 звезда 0 Без оценки 0
Похожие товары
8.08 AZN 9.50 AZN
Cənub Rapsodiyası
шт
3.49 AZN 6.99 AZN
İblislərin ənənələri
шт
2.74 AZN 5.49 AZN
Mənim gözəl alibim
шт
5.20 AZN 6.50 AZN
Transilvaniya Səfəri
шт
5.20 AZN 6.50 AZN
Şərq Küləyi
шт
4 AZN 5 AZN
Yekun Diaqnoz
шт
5.20 AZN 6.50 AZN
Soyuqdan Dönməyən Casuslar
шт
5.20 AZN 6.50 AZN
Uzun Çəkən Sözardı
шт
4.80 AZN 6 AZN
Milyardın dəyəri
шт
4.39 AZN 5.49 AZN
Saturnun tövbəsi
шт
5.20 AZN 6.50 AZN
Mavi Mələklər
шт
7.14 AZN 8.40 AZN
Yeni amazonlar klanı
шт
4.79 AZN 5.99 AZN
İrodun kölgəsi
шт
4.50 AZN 9 AZN
Ümid külü
шт
5 AZN 9.99 AZN
Əclafların Vicdanı
шт
7.57 AZN 8.90 AZN
Yalnız özümüzünkülər
шт
6.72 AZN 7.90 AZN
Oliqarxın varisi
шт
6.72 AZN 7.90 AZN
Oliqarxın səhvi
шт
6.72 AZN 7.90 AZN
Oliqarxın qayıdışı
шт
8.79 AZN 10.99 AZN
Ağrı mələyi: onun ruhunun dörddə üçü
шт