Maraqla gözlənilən bu beynəlxalq bestseller olan Ferrarisini satmış Rahib vasitəsi ilə dünya şöhrətli liderlik bilicisi olan Robin Şarma sizə təşkilatınızda inam, öhdəlik və etibarı necə bərpa etməyi öyrədəcək, eyni zamanda o sizin həyat tərzinizi dəyişəcək. Uzaqgörən liderliyə praktik təlimatlar və həvəsləndirici əfsanə olan Liderlik Hikməti həqiqi mənada beynəlxalq bestseller olana Ferrarisini satmış Rahibin davamıdır. O mübarizə aparan proqram şirkətinin məyus sahibi Piter Franklinin hekayətini nəql edir. Hər şeyin Piter üçün ümidsiz göründüyü bir zamanda gənc rahib onun qarşısına çıxır və ona öz biznesinin taleyini necə dəyişə biləcəyinə dair məsləhətlər verir. Piter gənc rahibin əslində onun çoxdan yoxa çıxmış dostu Culian Mətl olduğunu, qeyri-adi Hindistan səfərindən geri döndüyünü və uzaqgörən liderliyə dair əbədi hikmətləri onunla bölüşməyə hazır olduğunu öyrəndikdə məəttəl qalır. Asan istifadə ediləcək səkkiz addımlıq təlim sistemində əks olunmuş bu ilhamlandırıcı məsəl sizə komanda yaratmağın, gəlirlərin artırılmasının və effektivliyin sirlərini, təzyiq altında belə yaradıcı və yenilikçi olmaq, gənc komandanı həvəsləndirmək və inkişaf etdirmək, insanların həyatını pozitiv dəyişmək kimi bacarıqlar öyrədəcək.
ISBN:
9789952269956
Жанр:
Psixologiya, özünüinkişaf
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Мягкий
Автор:
Robin Şarma
Количество страниц:
332
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 2
Kitabda özümü tapdım və hədəflərimi aydınlaşdırdım. Mənim üçün ən vacibi o idi ki, həyatımın rəyi və məqsədi barədə düşünməyi üçün məni təşviq etdi.
Şarma liderlik bacarıqları ilə tanınır və bir çox korporativ təşkilatlara və təşkilat rəhbərlərinə liderlik məsləhətləri verir. Bu baxımdan çox faydalı kitabdır 👍
Похожие товары
Покупают вместе