1981-ci ildə qələmə alınmış “Gecəyarısı uşaqları” romanı Salman Rüşdiyə Buker mükafatı ilə yanaşı, dünya şöhrəti də gətirdi (1993-cü ildə bu romanı son 25 il ərzində Buker mükafatına layiq görülən əsərlərin ən yaxşısı tituluna layiq görüldü) və heç təsadüfi deyil ki, yazıçının qalmaqallı “Şeytan ayələri”ni deyil, məhz “Gecəyarısı uşaqları” romanını “Guardian” qəzeti XX əsrin ən yaxşı kitabları siyahısına saldı.
Çoxşaxəli, fantastik və magik yazıçı təhkiyəsi Hindistan (qismən də, Pakistan) tarixinin 1910-1976-cı illərini əhatə edir. Roman bəlli siyasi hadisələrin parlaq, lakin subyektiv inikası üzərində qurulub, böyük hadisələr fonunda axıb-gedən insan talelərindən söz açır. Hindistan müstəqilliyinin elan olunduğu gecəyarısı dünyaya gəlmiş Salem Sinayın tragikomik macəralarla dolu taleyi yer üzünün ən qədim və sirli sivilizasiyalarından birinin canlı alleqoriyasına çevrilir.
ISBN:
9789952366471
Жанр:
Roman
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Salman Rushdie
Количество страниц:
752
язык:
Азербайджанский
Метка:
Bestseller, Ekspress
Отзывы о товаре 19
Mükəmməl əsərdir
Oxuyanda hiss edirsən ki, yazıçının işi ürəkdən gəlib. Hər səhifəsi maraqlı və təsirli idi. Bu kitabın bestseller olmaması mümkün deyil.
Bu kitab oxumağı sevdirir. Sözlərin sehrli təsiri və güclü süjet əsəri unudulmaz edir.
Belə maraqlı əsər oxumaq çox xoş oldu. Kitab həm öyrədici, həm də zövqlü idi.
Bu kitab mənə özüm və başqaları haqqında çox şey öyrətdi. Hadisələr o qədər real təsvir olunmuşdu ki, oxuduqca gerçəklik hissi yarandı.
Yadda qalacaq bir əsərdir. Kitabı bitirdikdən sonra belə obrazlar və hadisələr ağlımdan çıxmır. Hekayə hələ də mənimlədir.
Kitabın süjeti çox maraqlı idi və obrazlar çox yaxşı təsvir olunmuşdu. Oxumaqdan böyük zövq aldım.
Kitabda verilən tarixi faktlar və hadisələr çox maraqlıdır. Oxumaq üçün çox gözəl bir əsərdir.
Maraqlı ətraf mühit və qeyri-adi tərzi ilə bu roman məni tamamilə heyrətləndirdi. Tarixi hadisələri bəzən sanki yaşayıram kimi təsvir etmək çox yaxşı idi.
Bu kitabı oxumayan qalmasın. Hər kəsə tövsiyə edirəm. Möhtəşəmdir. 👍👍👍👍👍👍
Ürəkdən hiss edərək oxudum əsəri
Salman Rüşdi dünya ədəbiyyatının böyük yazıçılarından biridir, analitik, yaradıcı və orijinal yazı üslubuna malikdir.
Mənim ən favori əsərimdir, filmini də çox bəyənirəm .
Gecəyarısı uşaqları haqqında çəkilmiş filmə baxmışdım. Çox xoşuma gəlmişdi. Biləndəki əsər əsasında çəkilib, dərhal kitabını da aldım. Kitabı daha çox bəyəndim, özümü əsərin qəhrəmanları ilə birgə hiss etdim.
Salman Rushdie yenədə özünəməxsus üslübunda yazıb, yaradıb. Oxumağa dəyər. Mütləq oxuyun özünüz görəcəksiniz necə maraqlı əsərdir. Qanun nəşriyyatına həmişə güvənmişəm. Bu dəfədə yanıltmadınız məni.👍👍👍
Çox çox təsirli, heyrətamiz bir əsərdir. Həqiqətən çox bəyəndim. Mağazada satıcı xanım məsləhət gördü, dedi bəyənəcəksiz, məndə aldim, doğrudanda elə oldu, xoşuma gəldi. Yaxşı ki almışam. Məndə sizə məsləhət görürəm, oxusanız bəyənəcəksiz.
Kitabın mövzusu cox maraqlıdır.Yazici romanda Hindistanin müstəqilliyini elan etdiyi gece dünyaya gələn uşaqların həyatlarini, onların qeyri-adi guce sahib olmalarıni çox gözəl bir dildə bizə çatdırır.Həmcinin oxuduqca Hindistanin hemde Pakistanin tarixini öyrəndim, müstəqillikdən sonraki vəziyyətini,necə inkişaf etməyə çalışdıqları haqda məlumatim oldu.
Bu kitab mene cox seyi xatirlatdi çox sağolun Ali ve Nino
Çoxdan gözləyirdim. Nəhayət ki Azərbaycan dilinde de geldi!
Похожие товары
Покупают вместе