Müəllif bu kitabda fərqli üslubları, təhkiyə formalarını müxtəlif hekayələrin vasitəsi ilə sınaqdan keçirir. İlk baxışdan hekayələr bir-birindən fərqli görünsələr də, onları ortaq bir cəhət birləşdirir; hekayələrdəki adamlar miskin və bəzən tragikomik vəziyyətlərə düşürlər, həyatın absurdluğunun qarşısında cılızlaşırlar. Sanki həyat onları ələ salır.
Kitabın adı – “Hər şey dəyişəndə” içindəki bütün hekayələrin qayəsini özündə daşıyır.