“Hitopadişa” məcmuəsi Sanskrit dilində (qədim və orta əsr Hindistanının
dilində) yazılmış və eramızın VI-XIV əsrləri arasında daha qədim
və məşhur “Pançatantra” məcmuəsi əsasında tərtib edilmişdir. Bəzi əlyazmalarına
görə, “Hitopadişa”nın tərtibi Narayan adlı birisinə istinad edilir.
Uzun əsrlərdir ki, “Hitopadişa” bir çox xalqlar arasında böyük şöhrət
qazanmışdır. Artıq çoxdan bu əsər, demək olar ki, bütün Şərq və Qərb
dillərinə, o cümlədən də rus dilinə tərcümə edilmişdir.
“Hitopadişa”nın yaradıldığı vaxt ilə bizim zəmanəmizi bir çox əsrlər
bir-birindən ayırır. Lakin biz əminik ki, Moskvanın “Detqiz” nəşriyyatı
tərəfindən 1958-ci ildə buraxılmış kitabdan tərcümə edilən bu əsəri uşaqlar
da, böyüklər də böyük maraq və sevinc hissi ilə oxuyacaqlar.
ISBN:
9789952385533
Жанр:
Nağıl
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Твердый
Количество страниц:
168
язык:
Азербайджанский
Метка:
Bestseller, Ekspress
Отзывы о товаре 8
Kitab çox yaxşı paketlənmişdi, sanki mağazadan şəxsən almışam kimi. Çatdırılma da sürətli idi.
Kitabın tərtibatı yuksək səviyyədə hazırlanıb. İstər üz qabığı olsun. İstərsədə yazıların çapı tam qüsursuz hazırlanıb
Maraqli nagildi. Hem usaqlara hemde boyuklere maraqli gelecek bu nagil. Faydali oyudler verir oxucuya.
Uzun illər idi ki, mağil oxumurdum. Bu kitab mənə xoş təsir bağışladı. Nağıl da maraqlı idi.
Bölgələrə ən tez çatdırilmanı Alinino da gordum. Möhtəşəmsiniz! Sürətinize çatan yoxdur.
👍👍👍👍 maraqla oxuyuram. Məsləhətli kitabdir.
Hədsiz dərəcədə maraqlı kitabdır. Əyər sizdə mənimkimi fəlsəfə marağındasızızsa mütləq
Tarixi kitab olduğu diqqətimi çəkti. Maraqlı olacağını düşünürəm çünki, fəlsəsi kitabları bəyənərək oxuyuram. Gözləyək gəlsin. Inşallah qısa zamanda çap olar.
Похожие товары
Покупают вместе