Müəllifin HU-MAN (Tanrı-insan) anlamını verən bu kitabında poeziyanın bir çox janrlarında işlənmiş əsərlər yer tutub. Qoşma, təcnis, bəhri-təvil, sərbəst şeirlər, qəzəllər, satirik şeirlər, hekayə və poemalar, aforizmlərdən ibarət 9 bölümə ayrılan bu kitabda – diqqəti “XOSROV və ŞİRİN” poemasına yönəltməkdə fikrim oxucunu məlumatlandırmaqdır. Bu ad oxucunu çaşdırmasın. Tam başqa bir məzmunda işlənsə də yenə də Arazın, o tay, bu tay bölünmüş Azərbaycanın taleyi nəzərdə tutulmuşdur. “Əbədi məhəbbət dastanı” adı altında işlənmişdir. Sabir bəy ön sözdə bu poema haqqında fikrini bildirib.
“KAİNATIN DOĞUŞU” adlı ikinci poemada dini əsasla göstərilsə də, mahiyyətcə həyatın, kainatın – gecə və gündüzün yaranışından, nizamından və cəmiyyətin qaranlıq cəhətlərinin obraz dili ilə işıqlandırılmasından bəhs edir.
Müəllif Zemfira Ziyad qızı Salmanova bir çox qəzəllərində və şeirlərində “UDUM – (Bir udum su) təxəllüsü ilə tanınıb və bu oxucunu çaşdırmasın.
ISBN:
9789952381542
Жанр:
Poeziya
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Zemfira Ziyadqızı
Количество страниц:
200
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары