Allen Karr-ın "asan yolu" bütün zamanların ən uğurlu siqareti buraxma üsuluna çevrildi. Dünyada milyonlarla siqaret çəkən bu üsulla siqareti tamamilə atıb.
Allen Carr-ın "asan yolu" bizə zərər verən şeyi arzulamağa səbəb olan beynin yuyulmasını həll etməklə işləyir.
"İçkini atmağın asan üsulu" kitabında Allen Carr-ın "EasyWay" metodu içki probleminə tətbiq edilir. Allen, niyə içməyə ehtiyac hiss etdiyinizi izah edərək və sizi azad edəcək sadə addım-addım təlimatlar verərək, spirt tələsindən necə qurtulacağınızı göstərir.
Ailələri dağıdan, həyatı puç edən bu xəstəlikdən qurtulmağın yollarını bu kitabda tapöacaqsınız.
Müəllif, sadə və anlaşılan bir dildə içki ilə bağlı problem yaşayanlara çıxış yolları təqdim edir. Motivasiya verici və praktik məsləhətlərin köməyi ilə mən öz iradəmi topaldım və bu asılılıqdan tamamən qurtulmağı bacardım.
Atakişiyev Sarvan
28.04.2024 в 23:05
Içkini atmağımda çox köməyi oldu mənə, kitabın. Hər kəs oxusun istəyirəm. Əminən, sizdə faydalanacaqsınız.
Anonim
22.04.2024 в 20:30
Mən siqareti bu kitabın köməyi ilə tərgitmişəm. İstəyənlər də məsləhət görürəm. İçkini tərgitmək üçün verilən məsləhətlər çox pratik qaydalara əməl etməkdir. Yetərki əzimli olun və bu pis vərdişdən həqiqətəndə qurtulmaq istəyin. Bu qədər asan! Məndə işə yaradı, inşallah sizədə xeyri olar.
Faiq Əzizov
05.03.2024 в 19:14
Kitabın sadə və rahat dildə yazılmasını daha çox bəyəndim.
Rəhmanov Sərvər
04.03.2024 в 20:17
Kitab oxucusunə düzgün təlimat verir. Sadəcə möhkəm iradə gərəkdir ki, bu kitabı oxuyub, içki bəlasından azad olasınız.
Natiq Adilov
26.02.2024 в 08:31
Kitab həqiqətən çox yaxşı təsir edir. Sadə və anlaşıqlı dildə yazılıb. 👍👍👍
Aslanova Aida
17.02.2024 в 12:13
Kitab oxucusunun şuuraltina təsir edərək onu inandırır və zərərli vərdişindən çəkindirməyi uğurla baçarır. Mən özüm psixoloqam. Bu kitabı bir necə passientimə tövsiyyə etmişəm. Oxumağa başladığı ilk gündə artıq fikirlərinin dəyişdiyini hiss edirəm.
Xanımağa Rzayeva
04.02.2024 в 13:08
Kitab oxucusunu özunə inandırıb, ona təsir etməyi bacarır. Mənimyoldaşım oxuyurdu ona faydasi oldu.
Arif
29.01.2024 в 16:11
Kitab, mükəmməldir.
Anonim
24.12.2023 в 16:58
Kitabı oğlum üçün aldım. İnaninki bizim verdiyimiz məsləhətlərə qəti qulaq asmırdı. Amma bu kitab inanılmaz oldu müəllif necə ustalıqla yazıbsa oxucunu ələ almağı ona təsir göstərməyi bacarıb. İndi oğlum içkini tam atıb.
Yaşar Kərimli
05.12.2023 в 18:26
Kitabın gizli təfərrüatları oxucunu əfsanəvi bir səyahətə aparır. Hər kəsə məsləhət görürəm.
Əlizamin
27.10.2023 в 16:18
Mən özümçün aldım. Çox-çox köməyi oldu mənə. Hətda mən öz həkimim adlandırıram bu kitabı. Mənim kimi içkini atıb sağlam, normal həyat yaşamaq istəyən hər kəs alıb oxusun. Ele biləcəksiniz evinizdə bir həkim.reabilitatsiya keçirsiniz. Yəni bu kitab elə faydalıdır.
Nərgiz
18.09.2023 в 22:38
Oğlum üçün aldım, ümid varam çıxan kimi əldə edə bilərəm. 🤎
Bahar
15.09.2023 в 18:56
Yoldaşim içki aludəçiliyindən əziyyət çəkir. Bu kitabı görər-görməz sifariş etdim. Inşallah tez çap olar və bizə faydası toxunar.