Pərviz Seyidlinin əsərlərinin əsas qəhrəmanı uçurumlardır: insanlar arasında, ürəklər arasında, düşüncələr arasındakı uçurumlar. Onun tənha qəhrəmanları bütün varlığı ilə bu uçurumları adlamağa çalışır, lakin heç nə alınmır. Əlbəttə, uçurumlar reallıqda deyil, bizim beynimizdədir, əgər beynimizdəki uçurumları dəf edə bilsək, həyatdakı uçurumlar bizə su şırnağından da kiçik görünəcək. İlqar Fəhmi Pərvizin “Bayatı-Şiraz” adlı kinossenari formasında qələmə alınmış kiçik bir hekayəsini oxumamışdan əvvəl düşündüm ki, görəsən, Yusif Səmədoğlunun eyniadlı məşhur hekayəsindən sonra nə yazıb? Və tamam fərqli bir dünyayla qarşılaşdım… Pərviz Seyidli kino-serial təcrübəsini bədii nəsrə çevirməyi bacaran bir yazıçıdır. Şərif Ağayar Bütün yaxşı yazıçılar sehrkar və hiyləgər olurlar. Pərviz hekayələrində alternativ dünyanı ustalıqla qurur və oxucu onun “hiyləgər”liyinə aldanıb son cümləyə qədər mətni oxumağa məcbur olur. Orxan Pamukun iki kateqoriyaya böldüyü “saf və düşüncəli” yazıçı Pərvizdə birləşir. Gənc olmasına baxmayaraq, Pərviz artıq prozanın incəliklərinə kifayət qədər bələd olan yazıçıdır. Kənan Hacı
ISBN:
9789952525212
Жанр:
Roman
Издательство:
Parlaq İmzalar
Переплёт:
Yumşaq
Автор:
Pərviz Seyidli
Количество страниц:
168
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары