Hər bir insan fərqli şəkildə formalaşır. Bill Qeytsin özünəməxsus düşüncə tərzi isə onu hamıya məlum olan böyük uğurlara aparıb: 20 yaşında Harvard Universitetini yarımçıq qoyaraq sonradan proqram təminatı sənayesinin nəhənginə çevrilən və dünyanın iş və həyat tərzini kökündən dəyişən bir şirkət yaradıb, milyarder olandan sonra isə diqqətini iqlim dəyişikliyi, qlobal səhiyyə və ABŞ-də təhsilin inkişafı kimi problemlərə yönəldərək ömrünü xeyriyyəçilik fəaliyyətinə həsr edib. “İlkin kod” milyardlarla dollarlıq imperiyanın yaranmasından yox, bu uğurun təməlinin qoyulduğu illərdən bəhs edən səmimi və düşündürücü memuardır. Bu kitab Bill Qeytsin bu gün tanıdığımız insana çevrilməsinin, uşaqlıq və gənclik illərinin, ailəsinin, ilk dostluqlarının, uğursuzluqlarının və böyük arzularının hekayəsidir. Müəllif oxucunu kompüterlərin hələ nadirən istifadə edildiyi bir dövrə aparır, proqramlaşdırma ilə ilk tanışlığını, gecələr gizlicə kompüter mərkəzinə getdiyi günləri, onu Harvard Universitetinə aparan yolu və sonradan bütün dünyanı dəyişəcək ideyaların beynində necə formalaşdığını böyük səmimiyyətlə bölüşür. O ən yaxın dostunun vaxtsız ölümünün, prinsipial nənəsinin, tələbkar valideynlərinin və həyatındakı dönüş nöqtələrinin şəxsiyyətinə necə təsir etdiyini də açıqlayır. Müdrik, səmimi və ilhamverici üslubda qələmə alınmış “İlkin kod” təkcə bioqrafiya deyil. Bu əsər həm də modern düşüncənin, əzmkarlığın və marağın insan taleyini necə dəyişə bildiyini göstərən, uğurun arxasındakı kiçik və əhəmiyyətli faktorları tanıdan, böyük ideyaların necə doğulduğunu anlamağımıza imkan verən təsirli həyat hekayəsidir.
ISBN:
9789952599596
Жанр:
Bioqrafiya
Издательство:
Teas Press Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Bill Qeyts
Количество страниц:
340
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары