Əziz oxucular!
Bu kitabı yazmaqda məqsədim bildiklərimi və
öyrəndiklərimi sizinlə də paylaşmaqdır. Psixoloji janrda
qələmə alınan bu kitab insanın ruhi vəziyyətinin,
daxili aləminin əks olunması ilə qısa, amma hər
baxımdan insanda dərin, xoş hisslər yaradan, insanı
düşündürən, onun özünü dərk etməsinə və həyatda
nikbin yaşaya bilməsinə kömək edə biləcək bir kitabdır.
Kitab iki hissədən ibarətdir: birinci hissədə insanın
özünü, varlığını dərk etməyə çalışmasından, özünü
ruhən necə zənginləşdirə biləcəyindən bəhs edilir.
İkinci hissədə isə valideynlərin övladları ilə necə
müsbət və həvəsləndirici ünsiyyət qura bilmələrindən
bəhs edilir. Əlinizə alıb oxumağa başladığınız andan
etibarən kitab artıq pozitiv təsirini göstərməyə başlayacaqdır.
Xoş mütaliələr!..